“Azərbaycan bölgədə geosiyasi gücə çevrilməkdədir”
Tarix: 13.02.2020 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Adıgözəl Məmmədov: “Müstəqil siyasəti şərtləndirən başlıca amil xalqın həyata keçirilən siyasətə dəstəyidir”


Müasir dövrdə hər bir müstəqil dövlətin xarici siyasət strategiyası onun gücü, qüdrəti, resursları, dünya siyasətindəki rolu və yerindən asılı olaraq müxtəlif məqsəd və vəzifələr üzərində qurulur. Azərbaycan dövləti də məhz müstəqil siyasət yürüdərək beynəlxalq aləmə inteqrasiya edir. Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlər haqqında da fikir bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan bu gün dünyada sayı o qədər də çox olmayan o ölkələrdəndir ki, tam müstəqil siyasət aparır: “Müstəqil siyasət aparmaq üçün bir çox amillər olmalıdır - ölkələrin ərazisi, onların potensialı, ümumi daxili məhsulu, hərbi qüdrəti və s. Biz bilirik ki, dünyada güc mərkəzləri hansı ölkələrdir. Əlbəttə, Azərbaycan öz həcminə və coğrafi ərazisinə görə böyük ölkələrlə rəqabət apara bilməz, belə fikri də yoxdur. Ancaq buna baxmayaraq, müstəqil siyasət aparmaq üçün bizdə kifayət qədər imkanlar var. Bunların başlıcası xalqın dəstəyidir, bizim siyasətimizə göstərilən dəstək və etimaddır. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir”. Prezident, həmçinin deyib ki, Azərbaycan inkişaf, sabitlik yolu ilə getmişdir: “Dünyada gedən proseslər isə əlbəttə ki, bizi də narahat edir. Dünyada yeni münaqişə ocaqları, yeni gərginlik yerləri yaranır. Mövcud problemlər öz həllini tapmır, əksinə, yeni problemlər əlavə olunur. Demək olar ki, dünyanın bütün yerlərində - Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, bizim bölgəmizdə, postsovet məkanında müəyyən gərginlik müşahidə olunur. Bəzi hallarda bu gərginlik daha şiddətli formalar alır. Ancaq Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur”.
Bu məsələlərlə bağlı Slavyan Türk Birliyi Hərəkatının rəhbəri, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı İnstitutunun ekspertləri şurasının üzvü, politoloq Adıgözəl Məmmədov “Palitra”ya açıqlama verib. O dedi ki, bu gün Azərbaycanın dünyada xüsusi yeri var: “2019-cu il Azərbaycanda dövlət idarəçilik sistemində köklü islahatlar ili kimi biz ziyalıların yaddaşına həkk olundu. Reallaşdırılan sosial islahatlar sayəsində minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70% artırıldı. Ən əsası isə kadr dəyişikliyinə start verildi. Belə ki, milli dəyərlərə bağlı, çox güclü intellektual gəncliyimiz yetişir. Bu, məhz Prezident İlham Əliyevin təhsilə ayırdığı diqqət və yeni yetişən gəncliyimizə dövlət dəstəyi ilə dünyanın istənilən aparıcı universitetlərində təhsillərini davam etdirmək imkanın yaradılması ilə birbaşa bağlıdır”.
Adıgözəl Məmmədovun fikrincə, Azərbaycan bölgədə geosiyasi gücə çevrilməkdədir: “Bunun üçün Azərbaycanın hər cür imkanları mövcuddur. Müstəqil siyasətin şərtləndirən başlıca amil xalqın həyata keçirilən siyasətə dəstəyidir. Bu siyasət isə aşağıdakılardır: dövlətdə siyasi sabitlik; iqtisadiyyatın stimullaşdırılması, milli valyutamızın möhkəmlənməsi; transmilli layihələrimizi həyata keçirmək üçün, praqmatizmə əsaslanan qlobal xarici siyasət; region ölkələri ilə konstruktiv əməkdaşlıq (İşğal olunmuş torpaqlarımız azad edilənə qədər Ermənistan istisna edilir); bölgədə güclü döyüş qabiliyyətli ordu; Qərb ölkələrində və ABŞ-da lobbizmin dinamik inkişafı”.
Adıgözəl Məmmədov bildirdi ki, bizi sevməyən ölkələr hansısa yolla bölgədəki vəziyyəti dəyişmək istəyirlər: “Son vaxtlar bu tendensiya daha çox ayrı-ayrı dövlətlərin simasında özünü göstərməkdədir. Müəyyən dairələr bölgədəki geosiyasi vəziyyəti öz xeyirlərinə dəyişməyi çox arzu edirlər. Əlbəttə, Azərbaycan rəhbərliyi bunu başa düşür və dünyada bundan sonrakı dəyişiklikləri nəzərə almaqla regionda yeni geosiyasi strategiyalar işləyib hazırlamaq üçün müəyyən addımlar atır. Həmçinin ideoloji mübarizəmizdə düşmən təbliğatını darmadağın etmək üçün Prezident İlham Əliyevin 2019-cu il oktyabr ayının 11-də Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Ermənistanda hökm sürən nasizm və faşizmə diqqət çəkərək erməni rəhbərliyini ifşa etmişdir. Prezident İlham Əliyevin faşist Njdenin əməllərini ən yüksək mərtəbədə ictimailəşdirərək Ermənistan rəhbərliyini ittiham atəşinə tutması Rusiyadakı bütün siyasi qüvvələri hərəkətə keçirdi. Heç şübhəsiz ki, Azərbaycanımızın əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətinin nəticəsidir”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Biz Fransa və Almaniya deyil, İranın iştirak edəcəyi bir format düşünürük“
25.02.2020
Parlament seçkiləri Azərbaycanda tarixində mühüm bir hadisə oldu
25.02.2020
“Azərbaycanın İtaliya ilə sıx əməkdaşlığı Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsinə yol açır”
25.02.2020
Xocalı faciəsində erməni tərəfinin fəaliyyətinə bəraət qazandıran hər kəs mühakimə olunmağa layiqdir
24.02.2020
İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info