Quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı hazırlanıb
Tarix: 13.02.2020 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Quş qripi və yeni koronavirus xəstəliyindən ölkə ərazisinin qorunması məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı” hazırlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib. Sədr bildirib ki, yüksək patogenli quş qripi siyahısına müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.), zoopark quşları, vəhşi və ov quşları, inkubasiya yumurtası, süfrə yumurtası və yumurta məhsulları, quş sperması, quş əti (soyudulmuş, dondurulmuş və s.), quş əti məhsulları, quş əti və sümüyünün unu (yem üçün istifadə olunan), quş tükü və lələkləri, koronavirus üzrə siyahıya isə isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.), dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.), heyvan mənşəli ət məhsulları, ev heyvanları, quş və quş məhsulları daxildir. Qeyd edək ki, agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Daxili İşlər naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
28.02.2020
Qərargah: 224 nəfər karantin şəraitində saxlanılır
28.02.2020
Baş infeksionist: “Koronavirusa görə məktəblərin bağlanması müzakirə olunmur”
28.02.2020
Qərargah: Koronavirusa yoluxan şəxsin vəziyyətində ağırlaşma yoxdur
28.02.2020
Koronavirus təhlükəsi ilə əlaqədar Biləsuvar gömrük-sərhəd keçid məntəqəsi yaxınlığında 100 çadır quraşdırılıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info