Paşinyanın referendum oyunu əks-effekt verə bilər
Tarix: 13.02.2020 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Paşinyanın erməni xalqı arasında nüfuzu yoxdur, cəmiyyət artıq ona inanmır”

Ermənistan mediasi yazır ki, aprelin 1-dən etibarən ölkədə qazın qiymətinin artacağı gözlənilir. Aprel ayının 5-də isə gözlənildiyi kimi, ölkənin əsas qanununa düzəlişlərlə bağlı referendum keçiriləcək. Əslində bu referendumu, mahiyyətcə baş nazirə inamla bağlı referendum kimi də dəyərləndirirlər. Erməni saytları Nikolun “dövlət işləri ilə nə vaxt məşğul olacağı” sualına cavab axtarırlar. Referendumla bağlı rəsmi kampaniyaya başlamadığı deyilən (?) Paşinyan, ölkədən kənarda yaşayan erməniləri aprelin 5-də Ermənistana gəlməyə və ölkə üçün taleyüklü qərarda iştirak etməyə çağırış edib. Qeyd edilməlidir ki, Nikol referendumun əleyhdarlarını «xalqın hücumuna məruz qalan və nikbinliyi pozan çaqqal sürüsü» kimi xarakterizə etməkdən belə, çəkinmir. Belə görünür ki, artıq öz sevimli işinə, yəni, populist təbliğata başlamış baş nazir təkcə Konstitusiya düzəlişlərinin lehinə deyil, həm də “çaqqal və köpək sürüsü” adlandırdığı siyasi rəqiblərinə qarşı kampaniya aparmaq niyyətindədir.
Yeri gəlmişkən xatırladaq ki, 2018-ci ildə keçirilən erkən parlament seçkilərində seçicilərin yalnız 40 faizi iştirak etmişdi. Həmin ərəfədə xalqa şirin vədlər verən Paşinyanın xalq arasında nüfuzu «40 faizlik seçici» ilə ölçülürdüsə, bu gün artıq «nüfuzlu baş nazir» barədə danışmaq gülünc görünür. Çünki artıq erməni xalq arasında nüfuzunu da itirmiş Paşinyan üçün bu referendum acınacaqlı bir sonluqla nəticələnə bilər. Əslində, hakimiyyətdə olduğu 2 il müddətində fəaliyyəti ilə cəmiyyətdə böyük nufüz qazanan siyasətçi belə bir riskli qərar verə bilər. Amma Paşinyanın erməni xalqı arasında nüfuzu yoxdur, cəmiyyət artıq ona inanmır.
«Tarana getdiyini» anlamağa başlayan Paşinyan rəsmi təşviqat kampaniyası başlamasa da, özü artıq qanun pozuntusu edərək bir neçə bəyanatı verib.
“Qolos Armenii” saytı Nikolun bu addımının bugünkü Ermənistanda heç kəsi təəccübləndirmədiyini də xüsüsi qeyd edir. Sayt bununla yanaşı, Nikolun tərəfdarlarının 2018-ci ildə keçirilən erkən parlament seçkilərində də inzibati resurslardan yararlandıqlarını xatırlamağı unutmur. Əslində, baş verən bu proseslərin kökündə dayanan əsas məsələ Nikolun ölkə Konstitusiyasını öz planlarına uyğunlaşdırmağa çalışmasıdır. Paşinyanın “super baş nazir” səlahiyyətlərindən imtina etməyə hazır olması barədə deyilənlər yalandan başqa bir şey deyil. «Qolos Armenii» saytının fikrincə, bu yalanı əsaslandırmaq üçün onun ətrafındakılar cəmiyyətə yeni yalanlar ötürürlər. Bir çox erməni hüquq müdafiəçisi referendumla bağlı Paşinyan hakimiyyəti tərəfindən saysız-hesabsız qanun pozuntularına yol verildiyini bildirirlər. Bunun nəticəsidir ki, parlamentdənkənar müxalifətin bəzi nümayəndələri ölkə vətəndaşlarını anti-konstitusiya prosesini qanuniləşdirməmək üçün hakimiyyət tərəfindən aparılan təşviqatda iştirak etməməyə çağırırlar.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Dövlət Bahçeli: Xocalıda axan qanın hesabının cəlladlardan soruşulması tarixi məcburiyyətdir
25.02.2020
“Ermənistan hələ də Rusiyanın köləliyindən xilas ola bilməyib”
25.02.2020
Özbəkistanda “Qarabağ ədəbiyyatı” məktəbinin tanınmış siması
24.02.2020
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Paşinyanı məhkəməyə verib
24.02.2020
Rus auditorlar Türkiyə üzərində uçuş reallaşdıracaqlar

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info