“Qızıl balıq” səhnədə “tutulacaq”
Tarix: 13.02.2020 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Cari repertuarını daha da zənginləşdirmək və uşaqlara klassik nağıl nümunələrini yeni səhnə tələblərinə uyğun təqdim etmək istəyən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında növbəti tamaşanın məşqləri gedir.
Bu dəfə məşhur rus şairi Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığına müraciət edən kuklaçılar müəllifin nəinki uşaqlar, ümumilikdə bütün yaş kateqoriyaları üçün hər zaman maraqlı və müasir olan "Balıqçı və balıq haqqında nağıl"ını təqdim edəcək.
“Qızıl balıq” adı verilən bu tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın istedadlı rejissoru Anar Məmmədovdur.
Uşaqlara səmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi üstün keyfiyyətləri təlqin edən tamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur. Bununla da rejissor balacalara sahib olduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik və azğınlığın acı sonluğunu göstərməyə çalışacaq.
Rejissorun əsərin ideyasından irəli gələrək qabartdığı məqamlardan biri də rahat həyatın, xoş münasibətin yoxsulluqda da mümkün olmasıdır ki, bunu da balıqçının humanist, mehriban, həssas obrazında nümayiş etdirəcək.
Klassik üslublu tamaşada masaüstü və troslu kukla texnikaları tətbiq olunmaqla ümumilikdə 13 kukla (səhnələrə uyğun dəyişmələrlə) hazırlanıb. Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev budəfəki səhnə tərtibatı və kuklalar üzərində işdə bütünlükdə ənənəvi üsluba əsaslanıb. Birhissəli kukla tamaşasının bəstəkarı Vüqar Camalzadədir. Musiqi müəllifi bu tamaşada daha çox rus xalq musiqisi üslubunda mahnılar hazırlamaqla səhnə işinin ümumi harmoniyasını təmin edib. Tamaşada obrazları teatrın aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Elgün Həmidov və Günay Əhməd canlandırırlar. Azərbaycan və rus bölmələri üzrə hazırlanan tamaşa martın ortalarında balaca teatrsevərlərin ixtiyarına veriləcək.





 
Bölməyə aid digər xəbərlər
25.02.2020
“CinemaPlus” kinoteatrında “Bayi toplantısı”nın premyeradan öncə nümayişi keçirilib
24.02.2020
“The Jakarta Post”: Gözəl Bakı – məhəbbət və əfsanələr şəhəri
24.02.2020
“CinemaPlus”da Xocalıya həsr olunmuş filmin pulsuz nümayişi keçiriləcək
24.02.2020
“Sona Amal yaradıcılığı publisistikada” adlı kitab nəşr edilib
24.02.2020
Şah Mat Teatrı “İstehkam” tamaşasını təqdim edəcək

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info