Gəncəliyev azərbaycanlı icmasının erməni icması ilə təmaslara hazır olduğunu Kaspşikin diqqətinə çatdırıb
Tarix: 13.02.2020 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Fevralın 13-də ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kaspşikin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ofisində Tural Gəncəliyev və icma üzvləri ilə görüşü olub. İcmadan APA-ya verilən məlumata görə, görüş zamanı Anjey Kaspşik icma rəhbəri Tural Gəncəliyevi Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Xankəndi Seçki Dairəsindən seçicilərin əksəriyyətinin dəstəyini qazanaraq millət vəkili seçilməsi münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Tural Gəncəliyev təşəkkürünü bildirib və çoxsaylı seçicinin dəstəyi nəticəsində bundan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş rəsmisi qismində fəaliyyətini daha fəal şəkildə davam etdirəcəyini vurğulayıb.
İcma rəhbəri həmişə qeyd olunduğu kimi, icmalararası təmaslara hazır olduğumuzu, məcburi köçkünlərin öz torpaqlarına geri dönmək istəklərini və bu müstəvidə irəli sürülən təşəbbüsləri dəstəkləmək niyyətimizi bəyan edib. Qeyd olunub ki, son zamanlar Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirləri, həmçinin digər rəsmi və ictimai şəxslərlə çoxsaylı görüş keçirib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşamağa hazır olduğunu bütün görüşlərdə diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
“Qarabağ” və “Neftçi“dən Türkiyəyə başsağlığı mesajı
28.02.2020
Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27.02.2020
Kiyevdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
27.02.2020
5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin üstünlüyünü artıracaq
27.02.2020
Gürcüstanın Azərbaycan ilə sərhəddə məhdudiyyətlər tətbiq etməsi barədə məlumatlar həqiqəti əks etdirmir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info