35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub
Tarix: 13.02.2020 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 35 saylı Xətai Üçüncü Seçki dairəsi üzrə şikayətlərə baxılıb. APA-nın məlumatına görə, bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib. O bildirib ki, Ekspert Qrupu tərəfindən aparılan araşdırmadan sonra məlum olub ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin bütün seçki məntəqələrində qanunvericiliyin tələbləri pozulub: “Həmin pozuntular səsvermənin keçirilməsi və səsvermənin nəticələrini müəyyən edərkən seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Burada seçicilərin iradəsini yenidən müəyyən etmək mümkün deyilsə, səslərin yenidən sayılması üçün əsas yoxdur”. R. İbrahimov vurğulayıb ki, 33 seçki məntəqəsinin 30-da qanun pozuntuları baş verib: “Müraciətdə qeyd olunan bütün məntəqələrdə olan qanun pozuntuları araşdırma zamanı da ortaya çıxıb”. İclasda həmin Seçki Dairəsi üzrə seçkinin nəticələrinin etibarsız hesab edilməsi təklif olunub. MSK üzvü qeyd edib ki, müraciət qismən təmin edilsin, 30 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunsun, həmin seçki dairəsi üzrə seçkinin nəticələri etibarsız sayılsın. Məsələ müzakirəyə çıxarılıb və 35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub. Qeyd edək ki, bu dairədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu lider namizəd elan olunmuşdu.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
“Qarabağ” və “Neftçi“dən Türkiyəyə başsağlığı mesajı
28.02.2020
Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27.02.2020
Kiyevdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
27.02.2020
5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin üstünlüyünü artıracaq
27.02.2020
Gürcüstanın Azərbaycan ilə sərhəddə məhdudiyyətlər tətbiq etməsi barədə məlumatlar həqiqəti əks etdirmir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info