33 saylı Xətai Birinci Seçki Dairəsində seçkilərin nəticələri ləğv olunub
Tarix: 13.02.2020 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 33 saylı Xətai Birinci Seçki dairəsindən daxil olan şikayətlərə baxılıb. APA-nın məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı sosial şəbəkələrdə yayılan görüntülərə də xüsusi diqqət yetirmişik. Bu görüntülər şikayətçilər tərəfindən də bizə disk formasında təqdim olunub. Araşdırmalar nəticəsində məlum olub ki, 33 saylı Seçki Dairəsində qanun pozuntuları baş verib, səsvermənin gedişində qanunvericiliyin tələblərinə uyğun olmayan addımlar atılıb. Mübahisələndirilən 17 məntəqə üzrə pozuntular təsdiqini tapıb, Mərkəzi Seçki Komissiyasının protokollarına da baxılıb və əlavə 4 məntəqədə də pozuntular aşkar olunub. Ümumi 21 məntəqədə qanun pozuntuları aşkar edilib”. Məsələ müzakirəyə çıxarılıb, 33 saylı Xətai Birinci Seçki Dairəsində seçkilərin nəticələri ləğv olunub. Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Hüseynbala Mirələmov lider namizəd elan olunmuşdu.




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb
25.02.2020
Azərbaycan Türkiyə ərazisi ilə yanvarda 20 mln. barelə yaxın neft nəql edib
25.02.2020
Azərbaycan alternativ enerjiyə investisiyaları əhəmiyyətli dərəcədə artıracaq

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info