Burzubənd kəndində əhali ilə görüş
Tarix: 13.02.2020 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Astara Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Buzubənd kəndində əhali ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun hüquq mühafizə orqanları və idarə, müəssisələrin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.
Sakinlər ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə insanların rifahı naminə həyata keçirilən dövlət tədbirləri və görülən tikinti-quruculuq, abadlıq işlərinə görə ölkə rəhbərinə minnətdarlıq etmiş, görüşlərdə əhalinin arzu və təkliflərini dinləyərək, problemlərin operativ həllinə köməklik göstərdiyinə görə icra başçısından razılıq etmişlər.
İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinləriə minnətdarlıq etmiş, bildirmişdir ki, son illər bütün rayonda olduğu kimi Burzubənd kəndində də xeyli quruculuq-abadlıq işləri görülmüşdür. Səyyar qəbullarda söylədiyiniz arzu və təkliflərə əsasən mühüm problemlər həllini tapmışdır. Hər bir görüşün işgüzar və səmimi olduğunu bildirən icra başçısı kəndin beş il əvvəlki vəziyyətini indiki vəziyyətlə müqayisədə böyük bir fərqin olduğunu diqqətə çatdırmışdır. Kəndə gələn avtomobil yoluna iki dəfə asfalt çəkilmiş, Ojakəran-Tüləküvan-Təngərüd yolu salınaraq asfaltlaşdırılmış, qaz təminatı yaxşılaşmış, hazırda ən müasir standartlara cavab verən yeni məktəb binasının tikintisi başa çatmaq üzrədir. Əvvəlki məktəb binasının görüntüsü gözlərimizin önündədir. Burada keçirdiyimiz hər görüşdə bu məsələni qaldırırdınız. İndi yeni inşa edilən bu məktəb binası sanki bir memarlıq əsəridir. Hər cür şəraiti olan bu məktəb universitet binasını xatırladır. İndi burada çalışan müəllimlər daha səmərəli fəaliyyət göstərməli, dövlətimiz, xalqımız üçün savadlı, bilikli, hər tərəfli dünyagörüşə malik, ən əsası vətənpərvər gənclərin yetişdirilməsi üçün bütün bacarıqlarını ortaya qoymalıdırlar.
Daha bir problem kəndə suvarma suyun çəkilməsi idi. Arzunuzu nəzərə alaraq bu barədə aidiyyəti üzrə müraciət etmişik. Mütəxəssislər əraziyə baxış keçirmiş, Lovayın su anbarından suvarma suyunun verilməsi üçün layihə smeta sənədlərini hazırlamış, yaxın vaxtlarda işə başlanacaqdır.
Bu kənd və ətraf kəndlər sitrus üçün çox əlverişli ərazilərdir. Xarici mütəxəssislər də rayonumuzda olarkən bunu qiymətləndirmişlər. Bildirmişlər ki, yetişdirilən yeni növ məhsuldar sortlardan əkilən ağaclara tələb olunan qaydada aqrotexniki qulluq göstərilərsə hər bir ağacdan 400 kiloqram narıngi dərmək olar. Bu da çox yaxşı göstəricidir. Sevindiricidir ki, burada sitrus bağlarının sahəsi genişləndirilməkdədir. Hazırda xarici ölkələrdən gətirilmiş yeni, daha məhsuldar və şaxtaya davamlı sortların əkilməsinə üstünlük verilir. Bu ildən etibarən sitrus bağlarının hər hektarına dövlət tərəfindən 800 manat subsidiyanın verilməsindən də yəqin məlumatlısınız. Yaradılan imkanlardan istifadə edərək təsərrüfatlarınızı daha da genişləndirməlisiniz.
Kəndinizlə yanaşı rayonumuzun digər yaşayış məntəqələrində də son illər böyük işlər görülüb. Ən ucqar kəndlərimizə asfalt yollar çəkilib. Heç vaxt yolu və işığı olmayan Dolu, Diqo, Avyarud, Sibiyyət kəndlərinə işıq və yol çəkilir. Bu vaxta qədər işıq və yolun olmaması üzündən əhali böyük əziyyət çəkirdi. Rayon mərkəzi ilə yanaşı ucqar kəndlərdə görülən belə böyük işlər ölkənin yüksək iqtisadi gücünü göstərir. Ölkəmizin iqtisadi gücü artıqca bu cür sosial layihələrin icrası da sürətlə həllini tapır.
Bütün bu işlərə görə ümummilli lider Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq.
İnsanların yaşayışının daha da yaxşılaşması, rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezident tərəfindən hələ çox böyük işlər görüləcəkdir. Biz də ölkəmizdə bərqərar olan əmin-amanlığı sabitliyi göz bəbəyi kimi qorumalı və hər an ölkə rəhbəri ətrafında sıx birləşərək birlik nümayiş etdirməliyik. İcra başçısı məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Azərbaycan dövləti erməni vandalizminin iç üzünü bütün dünyada ifşa edir
25.02.2020
Mingəçevirin icra başçısı xocalılılarla görüşüb
25.02.2020
Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində mobil səyyar hospital xidmətə başlayıb
25.02.2020
Şəhid olan sərhədçi əsgərimiz dəfn edilib
25.02.2020
Aİİ-nin heyəti Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirdə iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info