Böyük Britaniyada hökumət yenidən formalaşdırılıb
Tarix: 13.02.2020 | Saat: 23:01:00 | E-mail | Çapa göndər



Böyük Britaniyanın Baş naziri Boris Conson kabinetini yenidən formalaşdırıb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, yeni kabinətdə bir sıra nazirlər əvvəlki mövqeyini qoruyub.

Xarici İşlər Naziri Dominik Raab, Daxili işlər naziri Priti Patel, Beynəlxalq Ticarət naziri Liz Truss, Səhiyyə naziri Matt Hankok, Lordlar Palatasının lideri Baronessa Evans, Müdafiə naziri Ben Vallas vəzifəsində qalıb.
Biznes, Enerji və Sənaye Strategiyası üzrə nazir Andrea Leadsom Alok Şarma ilə əvəz olunub.
Maliyyə naziri Sacid Cavid isə özü istefa verib. Buna səbəb Boris Consonun ondan müşavirlərini işdən azad edərək, özünə yaxın olanlarla əvəz etməsini istəməsi olub. Maliyyə naziri vəzifəsinə Ruşi Sunak gətirilib. O, bundan öncə Xəzinədarlığın Baş katibi vəzifəsini tutub.

Qeyd edək ki, Londonun meri Sadıq Xan büdcənin açıqlanmasından bir neçə həftə öncə Maliyyə nazirinin istefa verməsini hökumətin xaos içində olmasının göstəricisi kimi dəyərləndirmişdi.

Yeni kabinetin tərkibi aşağıdakı kimidir:

- Maliyyə naziri Rishi Sunak;

- Daxili işlər naziri Priti Patel;

- Xarici işlər naziri Dominik Raab;

- Ədliyyə naziri Robert Bukland;

- Səhiyyə naziri Matt Hankok;

- Beynəlxalq Ticarət Naziri Liz Truss;

- Biznes, Enerji və Sənaye Strategiyası üzrə nazir Alok Şarma;

- Mədəniyyət, media və idman naziri Oliver Dovden

- Təhsil naziri Gavin Villiamsan;

- Müdafiə naziri Ben Vallas və s.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
BMT-də İdlib məsələsi müzakirə olundu
28.02.2020
Hulusi Akar: “Rejim əsgərlərindən 309-u zərərsizləşdirildi“
28.02.2020
Hulusi Akar vǝ Mark Esper İdlib mǝsǝlǝsini müzakirǝ ediblǝr
28.02.2020
Türkiyə Silahlı Qüvvələri rejimə məxsus hədəfləri gecə boyunca vurdu
28.02.2020
Yunanıstanda Xocalı soyqırımı ilə bağlı fotosərgi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info