Elxan Ələsgərov: Yerevan beynəlxalq hüquqa hörmət etməlidir
Tarix: 13.02.2020 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Fevralın 11-də Ermənistan XİN Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) istinad edərək növbəti dəfə Azərbaycanın guya beynəlxalq öhdəlikləri pozması və Ermənistan vətəndaşı Manvel Saribekyanın ölümünə görə məsuliyyət daşıması ilə bağlı ittihamlarla çıxış edib.

Yerevanın növbəti yalanının detallarına varmadan, qeyd edim ki, M.Saribekyan Azərbaycan ərazisinə göndərilmiş təxribatçı idi və onun ölümündə Bakıdan daha çox Yerevan təqsirkardır. Aydındır ki, M.Saribekyanın ölümü Ermənistan hakimiyyətini heç də maraqlandırmır və Bakının ünvanına səsləndirilən ittihamların arxasında adi siyasi məqsədlər dayanır. Maraqlısı odur ki, Ermənistan XİN-in bəyanatında M.Saribekyanın taleyi barədə heç nə deyilmir, sənədin əsas tezisi ondan ibarətdir ki, guya statusundan asılı olmayaraq Azərbaycan hakimiyyətinin nəzarətinə keçən hər bir erməninin həyatı təhlükə altındadır. Beləliklə, Ermənistan XİN AİHM-nin M.Saribekyanla bağlı qərar verməsi ilə “Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşaya bilməməsi” barədə yeni mif ortaya atır.

Qeyd etmək lazımdır ki, erməni ideoloqlar fərsiz strateqlərdir. Belə ki, AHİM-nin yurisdiksiyasını və M.Saribekyanla bağlı qərarın legitimliyini tanımaqla, Yerevan bu məhkəmənin digər qərarlarını, eləcə də BMT-nin dörd qətnaməsini tanımalıdır.

Birincisi, AİHM-nin daha əvvəl verdiyi “Çıraqov və digərlər Ermənistana qarşı” işi üzrə qərar bu günədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş ən vacib qərarlardandır. Qərarın xüsusiyyəti ondadır ki, bu, münaqişə ilə bağlı törədilən cinayətlərdə Ermənistanın təqsirkar hesab olunduğu ilk məhkəmə sənədidir. Dünyanın ən nüfuzlu məhkəmə orqanı olan AİHM Dağlıq Qarabağla bağlı qərar verdi və bu qərarda Azərbaycan ərazilərinin işğal faktı, Ermənistanın isə işğalçı ölkə olması təsdiqləndi.

İkincisi, AİHM-nin “Doğu Perinçek İsveçrəyə qarşı” işi ilə bağlı 2013-cü il 17 dekabr tarixli hökmünə əsasən Ermənistan qondarma “erməni soyqırımı” ilə bağlı birtərəfəli mülahizə tələblərindən imtina etməlidir. Avropa Məhkəməsi qərar verib ki, hüquqi müstəvidə təsdiq olunmuş Holokostdan fərqli olaraq “erməni soyqırımı” ilə bağlı iddialar tarixi səciyyə daşımır və tərəflərdən birinin uydurmasıdır. Ermənistanın “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə verilən qərarı, eləcə də yüz minlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarının təmin olunması ilə əlaqədar qərarı icra etmək niyyətinin olmaması Yerevan tərəfindən beynəlxalq hüququn qəbul edilməməsinin bariz nümunəsidir.
Rəsmi Yerevan M.Saribekyan barədə pafoslu açıqlamalar verərkən AİHM-nin digər qərarlarını da qəbul etməlidir.




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Biz Fransa və Almaniya deyil, İranın iştirak edəcəyi bir format düşünürük“
25.02.2020
Parlament seçkiləri Azərbaycanda tarixində mühüm bir hadisə oldu
25.02.2020
“Azərbaycanın İtaliya ilə sıx əməkdaşlığı Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsinə yol açır”
25.02.2020
Xocalı faciəsində erməni tərəfinin fəaliyyətinə bəraət qazandıran hər kəs mühakimə olunmağa layiqdir
24.02.2020
İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info