Kənd təsərrüfatı məhsullarının milli standartları yaradılacaq
Tarix: 14.02.2020 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə elmi tədqiqat institutları rəhbərlərinin Azərbaycan Standartlaşdırma İnstitutu ilə işgüzar görüşü keçirilib. Görüşdə Əkinçilik, Tərəvəzçilik, Baytarlıq, Heyvandarlıq, Üzümçülük və Şərabçılıq, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutlarının direktorları iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov və Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev bildirib ki, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, məhsulların təhlükəsizliyinin, keyfiyyətinin, rəqabətqabiliyyətinin və ixrac potensialının artırılmasına nail olmaq üçün milli standartların müəyyən olunması vacib addımlardan biridir. Bu standartlar ölkədə istehsal edilən məhsul və xidmətlərin sərbəst hərəkəti üçün şərait yaradılmasını, beynəlxalq ticarətdə lüzumsuz texniki maneələrin aradan qaldırılmasını, daxili və xarici bazarda rəqabətə davamlılığın artırılmasını, regional və beynəlxalq standartlaşdırmaya münasibətdə milli iqtisadiyyatın maraqlarının əks etdirilməsini təmin edir.

Qarşılıqlı müzakirədə vurğulanıb ki, kənd təsərrüfatı məhsulları üzrə milli standartların yaradılması Strateji Yol Xəritələrində mühüm vəzifə kimi qarşıya qoyulub. Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktoru Faiq Xudayev taxıl məhsullarının, Baytarlıq Elmi-Tədqiqat İnstitunun direktoru Siyalə Rüstəmova dərman pereparatlarının, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitunun direktoru Vüqar Səlimov şərab məhsullarının, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun direktoru Elmar Allahverdiyev isə tərəvəz məhsullarının standartlarının yaradılması ilə bağlı fikirlərini bildiriblər.
Müzakirənin sonunda milli standartların hazırlanması ilə bağlı Texniki Komitənin təsis olunması, eləcə də institutlar üzrə alt komitələrin yaradılması qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb
25.02.2020
Azərbaycan Türkiyə ərazisi ilə yanvarda 20 mln. barelə yaxın neft nəql edib
25.02.2020
Azərbaycan alternativ enerjiyə investisiyaları əhəmiyyətli dərəcədə artıracaq

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info