Qadın güləşçiniz Avropa çempionatının finalında
Tarix: 14.02.2020 | Saat: 02:47:00 | E-mail | Çapa göndər


İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qoşulub.

Tatyana Varansova ilk görüşdə İspaniya təmsilçisiylə üz-üzə gəlib. Mingəçevir güləş məktəbinin yetirməsi hesabda 2:5 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb. Ancaq 1/8 finalda Hollandiya güləşçisi qarşısında aciz qalıb. Rəqibin finala çıxması həmyerlimizə təsəlliverici görüşə çıxmaq şansı verib.
Alyona Kolesnik gözlənilmədən ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü fevralın 14-də 3-cü yer uğrunda güləşəcək.

Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova startda dünya və 2 qat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə olduğu analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisinə də gücünü göstərən Manolova ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına adlayıb.
Tatyana Omelçenko təsnifat mərhələsində italyan güləşçiyə qalib gəlib. Yığma üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında dünya və ikiqat Avropa çempionu Yuliya Tkaça məğlub olub. Omelçenko fevralın 14-də bürünc medal uğrunda güləşəcək.




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
Gənc atletimiz “Minsk U20 International Match” turnirində qızıl medal qazanıb
26.02.2020
“Bavariya“dan qələbə, “Barselona“ “Napoli“ ilə heç-heçə etdi
25.02.2020
Eden Hazard üç ay yaşıl meydanlardan kənarda qalacaq
25.02.2020
“Barselona“ və “İnter“ ona təklif hazırlayır
24.02.2020
Azərbaycan İdman Jurnalistləri Federasiyası Milli Karate Federasiyası ilə əməkdaşlığa başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info