Uşaqlarda yaddaşı gücləndirməyin yolları
Tarix: 14.02.2020 | Saat: 10:23:00 | E-mail | Çapa göndər


Uşaqların normal, sağlam şəkildə inkişafı valideynləri qayğılandıran əsas məsələlərdən biridir. Onların yaddaşının gücləndirilməsi üçün aranan yollar isə müxtəlifdir. Pediatr Günay Rəsulova valideynlər üçün bu mövzuda olan maraqlı fikirlərini bölüşüb:
“İnkişafda olan uşaq orqanizmi üçün beyin inkişafına müsbət təsir göstərərək yaddaşı gücləndirən qidaların bol - bol istifadə edilməsinə diqqət göstərmək lazımdır. Uşaqlarda yaddaşı gücləndirən əsas qidalar isə bunlardır:
1. Balıq. İnsan orqanizmi omega 3-ü sintez etmir və bu səbəbdən bu faydalı elementin kənardan alınması şərtdir. Ən güclü omeqa 3 qaynağı isə balıqdır. Beyin üçün çox faydalı olan omeqa 3 almaq üçün uşaqlara həftədə ən az 2 dəfə balıq verin!
2.Yaşıl yarpaqlı tərəvəzlər- xüsusilə də ispanaq, brokkoli yaddaş və diqqətin konsentrasiyası üçün uşaqlara əvəzedilməz qidalar sayılır.
3.Çiyələk, böyürtkən- beyin hüceyrə zədələnməsindən övladınızı qoruyur.
4.Çərəzlər-qoz, fındıq, fıstıq, badam həm güclü antioksidant, həm də yaddaş gücləndiricilərdir.
5.Qara şokolad- tərkibində yüksək kakao olan qara şokolad yeyərkən insan orqanizmində endorfin sintezi artır ki, endorfin də yaddaş və konsantrasiyanı gücləndirir.
6.Süd və süd məhsulları həm böyümə və inkişaf üçün, həm də yaddaş üçün əvəzedilməz qidalardır.
7.Yumurta- A.B,B12,D vitaminləri, dəmir, proteinlə zəngin yumurta yaddaşı gücləndirir.
8.Taxıllar- buğda, düyü, qarabaşaq və s. kimi taxıl məhsulları da həmçinin yaddaşı gücləndirir.
Bütün bu yeyəcəkləri bol şəkildə övladınıza verərək, eyni zaman sağlam gün rejimi-yuxu və qida qursanız sağlam övlad yetişdirdiyinizə əmin ola bilərsiniz! Sağlam olun!”
Tural




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Dünyanı sevindirən xəbər: Koronavirusun dərmanı tapıldı
22.02.2020
Koronavirus immuniteti zəif olanları məhv edir
20.02.2020
Uşaqlar niyə xoruldayırlar?
20.02.2020
Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir
19.02.2020
“Koronavirusdan necə qorunmaq olar?“-VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info