Aİİ-də payız semestrinin yekunları ilə bağlı iclas keçirilib
Tarix: 14.02.2020 | Saat: 11:17:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilinin payız semestrinin yekunlarına həsr olunmuş növbəti iclasını keçirib. İnstitut rəhbərliyi, müəllim və əməkdaşlarının iştirak etdikləri tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə bütün sahələrə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına də xüsusi diqqət yetirilir. Rektor vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
İnstitutun məqsəd və hədəflərindən danışan C.Məmmədov imtahanların gedişatı, yekunları, növbəti semestrlə bağlı hazırlıqların aparılması, dərsliklərin hazırlanması və digər məsələlərdən bəhs edib.
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov dərs vəsaitlərinin yazılması ilə bağlı məsələlərə toxunub. Qeyd edib ki, tədrisin sistemli və şəffaf olması üçün dərsliklərin nəşr edilməsi vacibdir. Dərslik proqrama uyğun yazılmalı, mövzuları tam əhatə etməlidir. Eyni zamanda, sadə və elmi üslubda qələmə alınmalı, məzhəblərüstü yanaşmaya xüsusi diqqət yetirilməlidir.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov tələbələrin şəxsi və elmi inkişafına yönələn işlərin görülməsi ilə bağlı məsələlərə toxunub. Hər bir müəllim və əməkdaş çalışmalıdır ki, tələbələrimizə dərslərində, gələcək karyeralarının qurulmasında, dünyagörüşünün zənginləşdirilməsində köməklik göstərsin, onların ümumi inkişafına töhfə versin.
Ali təhsil müəssisəsinin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov imtahanların nəticələri ilə bağlı məlumat verib. Payız semestri zamanı görülən işlərdən, qarşıya çıxan problemlərdən və gələcəkdə həyata keçiriləcək tədbirlərdən bəhs edib.
Kafedra müdirləri Əhməd Niyazov, Elnurə Əzizova, İlkin Əlimuradov tədris prosesi, müəllimlərin fəaliyyəti, kitabların nəşri, elmi məqalələrin çap olunması sahəsində görülən işlər, həmçinin gələcəkdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşüblər.
İnstitutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva imtahan prosesi zamanı yaranan çatışmazlıqlardan, imtahanların nəticələrindən, Operativ Qərargaha daxil olan təklif və şikayətlərdən söz açıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Xocalı faciəsindən bəhs edən “Ağrı” romanı Monteneqro dilində çap olunub
25.02.2020
27, 50, 110 saylı seçki dairələri üzrə bəzi məntəqələrdə səsvermənin nəticələri ləğv edilib
25.02.2020
“Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25.02.2020
Xocalı faciəsi qurbanlarına həsr olunan anım mərasimi keçirilib
25.02.2020
ATMU-da dəyirmi masa: Əsrin soyqırımı – Xocalı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info