Xoşbəxt və uğurlu uşaq yetişdirməyin modeli təqdim ediləcək
Tarix: 14.02.2020 | Saat: 12:48:00 | E-mail | Çapa göndər


11 Aprel "Xoşbəxt və Uğurlu Uşaq Yetişdirməyin Modeli" adlı Beynəlxalq Seminar keçiriləcək.
TAM Teaching Advancement Matrix (Tədrisdə Ali Matriks) tərəfindən təşkil olunan və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən dəstəklənən seminarda xoşbəxt və uğurlu uşaqlar yetişdirməyin modeli təqdim ediləcək.


Bu məqsədlə beynəlxalq seminara Türkiyədən tanınmış pedaqoq-alim Dr.Özgür Bolat dəvət edilib. Kembric (doktorantura), Harvard (magistiratura), Boğaziçi (bakalavr) universitetlərinin Təhsil fakultəsinin məzunu, "Məni mükafatla cəzalandırma" adlı kitabı ilə Türkiyədə satış rekordları qıran Dr. Özgür Bolat seminardakı çıxışı ilə uşaq təhsili ilə bağlı bildiklərimizi dəyişəcək, doğru bildiyimiz yanlışları göstərəcək, xoşbəxt və uğurlu uşaq yetişdirməklə bağlı praktik təkliflər səsləndirəcək, yeni vizyon formalaşdıracaq.

Seminarda həmçinin UNİCEF Azərbaycan Nümayəndəliyi təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, TAM Teaching Advancement Matrix-in baş direktoru, təhsil meneceri Cəfər Mənsimi çıxış edəcəklər.

İştirakçılara beynəlxalq sertifikat veriləcək.

Yerlər məhdud olduğu üçün təşkilat komitəsi tərəfindən seçilən şəxslərlə əlaqə saxlanılacaq.

Qeydiyyat linki: https://forms.gle/9rt46V1V6dZLs6bBA

Seminarın keçiriləcəyi məkan haqqında bu yaxında məlumat veriləcək.

Məlumat üçün onu da bildirək ki, “Özünü TAM-amla” şüarı ilə yola çıxan TAM fəlsəfəsinə görə, cəmiyyəti TAM-amlayan ən önəmli vasitəçi müəllimdir. Müəllimin məqsədinin reallaşması üçün öncə onun özünü TAM-amlaması lazımdır. Bunun üçün müəllim özünün, eləcə də şagirdinin TAM-ını bilməlidir. Yalnız belə olduqda effektiv öyrənmə reallaşır.
Bu fəlsəfə ilə formalaşan TAM-ın (Teaching Advancament Matrix) əsas məqsədi müəllim peşəkarlığını yüksəltmək, müəllimlərin şəxsi və pedaqoji inkişafını dəstəkləmək, yerli və beynəlxalq təhsil işçilərinin əməkdaşlıq və təcrübə mübadiləsini təşkil etmək, müəllimlərin özlərini inkişaf etdirməsinə şərait yaratmaq, təhsildə kreativ yanaşamaları artırmaqdır.
TAM-ın simvolu nar çiçəyidir. TAM komandasına görə, nar çicəyi dinamikliyi və tamlığı əks etdirir.




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
STM-də yeni təyinatlar
21.02.2020
Gədəbəydə “ASAN Xidmət” modeli yaradıldı
21.02.2020
İcra Hakimiyyəti: Bu il Sumqayıtda 2 uşaq bağçası inşa ediləcək
20.02.2020
Ötən il Astarada 1900 yeni iş yeri açılıb
19.02.2020
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info