Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
Tarix: 14.02.2020 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Ağasəf Babayev |

“Qolos Armenii”: “Baş nazir və onun müşavirləri xalqı inkişaf yalanları ilə aldatmaq üçün faktları təhrif etməklə məşğuldurlar”

Ermənistanın baş naziri yenə də erməniləri növbəti “şad xəbər”lə sevindirib. Belə ki o, şəxsi «Facebook» səhifəsində ölkənin bütün sahələrindəki “tərəqqinin” artıq bank sektoruna da sirayət etdiyini bildirərək, bu sevincini xalqla bölüşməyi öcünə borc bilib: “Ötən il ərzində Ermənistanda kommersiya bankları tərəfindən verilmiş vaxtı keçmiş kreditlərin çəkisi rekord həddə azalaraq cəmi 0,85 faiz təşkil edib”. Bununla bağlı baş naziri təbrik etmək olardı. Amma real vəziyyət və faktlar buna imkan vermir. Real mənzərə baş naziri təkzib edir. «Qolos Armenii» saytı həmişə olduğu kimi, bu dəfə də Paşinyanın sevincini gözündə qoyub. Belə ki, sayt yazır: “Həmişə olduğu kimi, bu dəfə də baş nazir və onun müşavirləri xalqı inkişaf yalanları ilə aldatmaq üçün müxtəlif variantlardan yararlanmağa, faktları təhrif etməyə çalışırlar. Onların, dəqiq desək, Paşinyanın bu dəfə bank sektoruna «baş vurub» vaxtı keçmiş kreditlər barədə danışması başadüşüləndir. Əslində, bank sektorunda çalışan mütəxəssislər bank sektorundakı «gecikmə» terminini ilkin kredit sazişinin şərtlərinin yerinə yetirilmədiyi kredit kimi təqdim edirlər. Bu isə qeyri-standart aktiv növlərini əhatə edən, yəni işləməyən kreditlərin ümumi həcminin bir hissəsidir. Ümumiyyətlə, NPL (Non-performing loan-ingilis dilindən tərcümədə - «işləməyən kredit») göstəricisi ilə ölçülən işləməyən kreditlər 4 kateqoriyaya bölünür. Təbii ki, Paşinyanın bu kateqoriyalardan yalnız özünə sərf edənini seçib xalqa «tərəqqi» adı ilə sırımağa çalışması, əslində başa düşülən deyil. Yeri gəlmişkən, erməni parlamentinin üzvü, iqtisadçı Mane Tandilyan baş nazirin növbəti manipulyasiyasına aydınlıq gətirərək ölkənin Mərkəzi Bankının da Paşinyan manipulyasiyanın bir hissəsinə çevrilməsindən təəsüfləndiyini gizlətməyib. Onun fikrincə, banklardakı vaxtı keçmiş kreditlərin həqiqi həcmi barədə rəqəmləri məhz bank işçiləri baş ğnaziri ötürmüş ola bilərlər. Əslində, məsələnin köküdə dayanan nədir: bankirlər bilirlər ki, 270 gündən sonra vaxtı keçmiş kreditlər balansdan silinir və nəticədə bu göstərici əks olunmur. Məsələn, dekabr ayında 260 gün gecikən noyabr krediti artıq «vaxtı keçmiş» kredit deyil. Ancaq reallıqda vaxtı keçmiş kreditlərin həcmi baş nazirin qeydində göstəriləndən 10 qatdan, hətta daha artıqdır. Ona görə də Ermənistanın banklarla bağlı həqiqi mənzərəsində bəzi nüansların, baş nazirin dediklərindən fərqli olaraq, daha qaranlıq olduğunu və - «işləməyən kredit»lərin ölçülərinin daha böyük olduğunu söyləyə bilərik”. Yeri gəlmişkən, onu da xatırladaq ki, Ermənistan istehlak kredit portfelində işləməyən kreditlərin payına görə, dünyada ilk yeri tutan ölkələrdən biridir.




 
Müəllifin son yazıları

23.07.2020 Ermənilər qanadı altına sığındıqları Rusiyadan yenə də narazıdırlar?
26.12.2019 “Paşinyanı 700 mindən artıq yoxsulun taleyi maraqlandırmır”
16.09.2019 “Uğursuz siyasətin bütün məsuliyyəti Paşinyanın üzərinə düşür”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
2 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
3 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
4 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
5 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info