11 yaşlı Ləman Seyidova Cenevrə konservatoriyasının tələbəsi olub
Tarix: 15.02.2020 | Saat: 11:45:00 | E-mail | Çapa göndər


Gənc və istedadlı uşaqların dəstəklənməsi, onların inkişafına şəraitin yaradılması istiqamətində durmadan fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi musiqi və incəsənət məktəblərində, həmçinin tabeliyində olan digər mədəniyyət müəssisələrində onları daim diqqət mərkəzində saxlayır, yerli və beynəlxalq müsabiqələrdə özlərini sınamaqla, şəxsiyyət kimi formalaşmasına şərait yaradır.

Trend-in məlumatına görə, Baş idarənin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Ləman Seyidova da belə istedadlardandır. Əməkdar müəllim Kamilla Əmirovanı tələbəsi Ləmanın cəmi 11 yaşı olsa da, o, artıq yerli və beynəlxalq müsabiqələrdə qazandığı uğurlar nəticəsində ustad fortepiano ifaçılarının diqqət mərkəzindədir. 2018 və 2019-cu illərdə İtaliya və Rusiyada beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olan professor Sergey Milşteyn gənc pianoçumuzun fortepiano hazırlığını, səs üzərində işini, çıxışını və musiqiyə qəlbən bağlılığını yüksək qiymətləndirərək 11 yaşlı gənc pianoçunu Cenevrə Konservatoriyasında (İsveçrə) təhsil almağa dəvət edib.

Hazırda Cenevrə Konservatoriyasında təhsilini davam etdirən 11 yaşlı Ləman 2016-cı ildə Türkiyədə “Mozart Academy” Pianoçuların II Beynəlxalq müsabiqəsində (III yer), 2017-ci ilin mart ayında Almaniyanın Köln şəhərində keçirilən “ClaviCologne” Beynəlxalq müsabiqəsində (II yer), Avstriyanın Vyana şəhərində “Edelweiss” Pianoçuların II Beynəlxalq müsabiqəsində (Qran-Pri), 2018-ci ildə “Piano Talents” (İtalya, Milan) və “Premio Citta Di Padova” (Padova, İtaliya) Beynəlxalq müsabiqələrində (I yer), İqumnov adına Gənc Pianoçuların XI (Lipetsk, Rusiya) və Sezar Frank adına Beynəlxalq müsabiqələrində (Belçika) (II yer), 10-15 yanvar 2020-ci il tarixlərində Milanda (İtalya) baş tutan Gənc Pianoçuların Bethoven müsabiqəsində dörd mərhələni uğurla keçərək diplom və pul mükafatına layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Lənkəran Dövlət Dram Teatrın kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
29.03.2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
28.03.2020
Telekanallar milli filmləri nümayiş etdirəcək
26.03.2020
Evdə bax: Azərbaycanın unikal teatrı onlayn rejimə keçib
26.03.2020
“CinemaPlus” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırdı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info