Daha bir marşrut xətti üzrə avtobuslar yenilənir
Tarix: 15.02.2020 | Saat: 14:52:00 | E-mail | Çapa göndər



111 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya "İsuzu Novociti" markalı avtobuslar cəlb ediləcək.
Bu barədə Bakı nəqliyyat Agentliyindən Trend-ə məlumat verilib.

Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.
Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına 17.02.2020-ci il tarixindən veriləcək.
Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Sosial xidmət müəssisəsində yaşlıların infeksiyadan qorunması üçün profilaktik işlər aparılır
01.04.2020
AmCham koronavirusla mübarizəyə dəstək verir
01.04.2020
“Azersun Holding” daim iş başında olan media nümayəndələrini alqışlayır
31.03.2020
Yetkinlik yaşına çatmayanlara energetik içkilər satanlar 100 manat cərimələnəcək
31.03.2020
Azərbaycanda aztəminatlı gənclərə yaşayış sahələri verilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
2 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
3 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
4 Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
5 Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info