Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
Tarix: 15.02.2020 | Saat: 22:48:00 | E-mail | Çapa göndər



“Əlbəttə ki, mən belə söz deməmişəm. Bu iddia yalandır. Bəli, qeyd etmişdim ki, həmin dövrdə müxalifətin hərəkətləri nəticəsində Azərbaycanda daxili vəziyyət qarışıq idi”.

Bunu Media.Az-a açıqlamasında Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov deyib.
O bildirib ki, nə vaxtsa Xocalı soyqırımını azərbaycanlıların törətdiyini deməsi ilə bağlı iddialar tamamilə əsassızdır:
“Ermənistan tərəfi daim bu məsələni müzakirəyə çıxarır. Amma belə iddia həm də gülməlidir. Təbii ki, Prezident İlham Əliyev debatda Paşinyana tamamilə doğru cavab verdi”.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Ermənistan Baş naziri Nikol Paşinyan Xocalı soyqırımı ilə bağlı danışarkən, Azərbaycanın eks prezidenti Ayaz Mütəllibova “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyini iddia etsə də, Prezident İlham Əliyev buna qətiyyətlə cavab verərək, onun iddialarının əsassız olduğunu bildirmişdi.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Çox narahat idim, çünki 8 il yaşayacağıma ümidim yox idi
07.04.2020
Ermənistanın fəlakətdən qaçması mümkün deyil
07.04.2020
Əfv Sərəncamı Prezidentin vətəndaşa diqqət və qayğısının daha bir nümunəsidir
07.04.2020
Dövlət başçısı humanist addım ataraq bizə azadlıq bəxş etdi
07.04.2020
Prezidentin əfv sərəncamı dövlətimizin humanizm siyasətini göstərdi və sevinclə qarşılandı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info