Azərbaycan güləşçisi Avropa çempionatının gümüş medalını qazanıb
Tarix: 16.02.2020 | Saat: 03:05:00 | E-mail | Çapa göndər



Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Apasport.az saytının məlumatına görə, 70 kq çəki dərəcəsində qüvvəsini sınayan gənclər arasında dünya və Avropa çempionatının gümüş mükafatçısı finalda Maqomedmurad Hacıyevlə (Polşa) bacarmayıb.
Həlledici görüşə qədər Gevorq Mxeyan (Ermənistan), Viktor Sereda (Belarus), Aleksey Boruta (Ukrayna) və Mixail Savanı (Moldova) üstələyən 31 yaşlı pəhləvan 2009-cu ildə olduğu kimi, bu dəfə də qitə birinciliyinin finalında məğlubiyyət acısı yaşayıb. O, 0:2 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə bürünc medal qazanıb. Onun 3-cü yer uğrunda görüşü gərgin alınıb. Macarıstan təmsilçisi İsmayıl Musukayevlə duelin son saniyələrində hesabı bərabərləşdirən (2:2) güləşçimiz axırıncı xal sayəsində Avropa üçüncüsü olub.

Fevralın 16-da - yarışın son günündə digər sərbəst güləşçilərimizdən İntiqam Vəlzadə (61 kq) bürünc medal uğrunda yarışacaq. Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə təsəlliverici görüşdə mübarizə aparacaq.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar. Qadınlardan ibarət millimizin heyətində Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yeri tutub.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
“İnter“ Messini almağa çalışır“
08.04.2020
“La Liqa yarımçıq dayandırılsa, klublar 1 milyard avro itirəcək“
07.04.2020
“Barselona“ya qarşı şansımız yox idi“
07.04.2020
“Bavariya“ Müllerlə yeni müqavilə imzaladı
07.04.2020
Futbolçular klubların təklifinə qarşı çıxdılar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info