“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı keçirilir
Tarix: 16.02.2020 | Saat: 11:44:00 | E-mail | Çapa göndər


“Yüksəliş” müsabiqəsi onlayn mərhələnin ümumi biliklər üzrə əsas və ilk imtahanına başlayıb. APA-nın xəbərinə görə, imtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil edilib. Bu imtahana qatılmayan namizədlər növbəti mərhələyə buraxılmayacaq.
İmtahan tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 blok üzrə aparılır. 84 sual üçün 2 saat vaxt ayrılıb. Hər fənn üzrə 21 sual təqdim olunur. İmtahan müddəti 2 saatdır. Hər sual üçün çətinliyindən asılı olaraq 30-90 saniyə vaxt ayrılıb. Test blokları arasında 10 dəqiqəlik fasilə olacaq. Bu fasilədən istifadə etmək iştirakçıların ixtiyarındadır. Sayta Firefox, Safari və Chrome brauzerlərdən biri vasitəsilə daxil olmaq mümkündür. Həmin müddət ərzində internet bağlantısının minimal sürəti 100 Kbit/san olmalıdır. Layihənin İşçi qrupu tərəfindən namizədlərin suallarını dərhal cavablandırmaq və bütün mümkün texniki çatışmazlıqları aradan qaldırmaq məqsədilə Çağrı Mərkəzi (tel: 1820) yaradılıb. Həmçinin layihənin sosial şəbəkələrdəki səhifələrinə, elektron poçtuna ünvanlanan müraciətlər əsasında iştirakçılara dəstək göstəriləcək.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmlərin şərhi
09.04.2020
Baş Dövlət Yol Polisi İdarəsi etibarnamə ilə bağlı məlumat yayıb
09.04.2020
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı
09.04.2020
Təhsil Nazirliyi “Evdə Qal, Evdə Yarat“ təşəbbüsünə qoşulur
09.04.2020
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info