Yaponiyada yeni COVID-19 korona virusuna yoluxanların sayı 410 nəfərə çatdı
Tarix: 16.02.2020 | Saat: 16:52:00 | E-mail | Çapa göndər



Bu barədə Yaponiya səhiyyə, əmək və sosial təminat naziri Kato Katsunobu məlumat verib.


Yaponiyada yeni COVID-19 korona virusu infeksiyasına yoluxanların sayı 410 nəfərə çatıb. Yokohama limanında karantində saxlanılan “Diamond Princess” kruiz laynerində daha 70 nəfərin yeni korona virusuna yoluxduğu müəyyən edilib. Bu barədə Yaponiya səhiyyə, əmək və sosial təminat naziri Kato Katsunobu məlumat verib. NHK telekanalının bazar günü proqramında çıxış edən nazir qeyd edib ki, kruiz laynerində sərnişinlər və heyət üzvləri arasında yoluxanların ümumi sayı 355 nəfərə çatıb.
Bu ərəfədə, fevralın 14-də gəmidəki yaşı 80-dən çox olan və yeni korona virusuna yoluxduğu dəqiqləşmiş təqribən 10 sərnişin gəmidən xəstəxanaya aparılıb. Bundan əlavə, ABŞ-ın Yaponiyadakı səfirliyi gəmidəki vətəndaşlarının çarter reysi ilə ölkəyə qaytarılacağını elan edib. Bazar günü Tokioya gələn həmin reyslər ertəsi gün Yaponiyanı tərk edəcək. Eyni zamanda, İsrail də gəmidəki vətəndaşlarını ölkəyə qaytaracağını bildirib.
Bununla yanaşı, Tokio rəsmiləri gəmi ilə əlaqəsi olmayan daha 8 nəfərin yeni korona virusuna yoluxduğunu bəyan ediblər. Onların əksəriyyətinin yeni korona virusu daşıyıcısı olan taksi sürücüsü ilə əlaqədə olduğu güman edilir.
Yaponiyanın korona virusuyla əlaqədar yeni mərhələyə keçdiyini qeyd edən nazir bildirib ki, bu mərhələdə həmin virusa yoluxmaların mənbəyi məlum deyil. Hökumət fevralın 16-da epidemiya üzrə mütəxəssisləri toplayaraq, yeni korona virusunun yayılmasına qarşı mübarizə yollarını müzakirə edəcək.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Dünyada koronavirusa yoluxanların sayı 1 milyon yarımı keçib
09.04.2020
ABŞ Moskva və Ər-Riyada qarşı idxal rüsumlarından istifadə edə bilər
09.04.2020
Mixail Priboçiy “Kaspersky”nin Rusiya, MDB və Baltikyanı ölkələr üzrə direktoru təyin olunub
09.04.2020
İspaniyada koronavirusdan ölənlərin sayı 15 238 nəfərə çatıb
09.04.2020
“ABŞ-ın neft hasilatını azaltmaq ehtimalı yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info