Prezident İlham Əliyev işğalçı ölkənin hökumət başçısına, sözün əsl mənasında dərs verdi
Tarix: 16.02.2020 | Saat: 17:17:00 | E-mail | Çapa göndər



Ermənistan tərəfi işğalçılıq siyasəti həyata keçirdiyi üçün açıq müzakirəyə hazır deyil. Dünyada ikili standardların tüğyan etməsinə baxmayaraq, həqiqət və fakt qarşı tərəfi mat vəziyyətinə salıb. Paşinyan bütün dünyaya göstərdi ki, erməni siyasətçilərdə yalan danışmaq, geniş ictimaiyyəti aldatmaq cəhdləri sadəcə genetik bir vərdişdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç bildirib.
Əslində Ermənistanın təcavüzkar siyasətinin çoxdandır ki, bütün dünyaya bəlli olduğunu ifadə edən səfir qeyd edib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini dünya ictimaiyyəti qarşısında açıq müzakirəyə çıxarmaqla, Azərbaycanın xarici siyasətinə yenilik gətirdi. Əlamətdar odur ki, belə ilk müzakirədə Prezident İlham Əliyev konstruktivliyini və məsələnin ədalətli dialoq yolu ilə həllinə tərəfdar olduğunu açıq göstərdi və Ermənistanın hökumət başçısını dalana dirədi. Qarşı tərəfin səsləndirdiyi ziddiyyətli ifadələr, yalan dolu “tarix” danışması və müasir dünyanın gözü qarşısında törətdikləri cinayətləri ört-basdır etmə cəhdi, işğal altındakı 7 rayondan, bir milyondan çox məcburi qaçqın və köçkün barədə danışmaq istəməməsi qəti şəkildə özünü doğrulda bilməzdi. Çünki, o tarixi faktlar, dərin mühakimələr və beynəlxalq hüququn müəyyən etdiyi gerçəkliklərlə üz-üzə qalmışdı.
Səfir deyib: “Sülhsevər dünya ictimaiyyətinin, ədalətli siyasətçilərin qətiyyən şübhəsi yoxdur ki, Ermənistan tərəfinin Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Müzakirədən göründüyü kimi, Ermənistanın hökumət başçısının işğal faktını ört-basdır etmək cəhdləri boşa çıxdı. Çünki onun Dağlıq Qarabağın tarixi, ermənilərin Qafqaza köçməsi və s. məqamlara dair ortaya atmaq istədiyi fikirlər bir-birini təkzib edirdi”.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Prezidentin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək
09.04.2020
Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır
09.04.2020
Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO
09.04.2020
Beynəlxalq Vişeqrad Fondu koronavirusla mübarizə üçün Azərbaycana maliyyə yardımı ayıracaq
09.04.2020
Deputatlar bu gün toplaşır – Baş Nazir hesabat verəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info