Gömrük Akademiyasının tələbələri təcrübəyə göndərilirlər
Tarix: 17.02.2020 | Saat: 12:47:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələri 17 fevral 2020-ci il tarixindən başlayaraq 14 həftə ərzində Dövlət Gömrük Komitəsinin struktur bölmələrində istehsalat təcrübəsi keçəcəklər. Akademiyanın rəisi Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. Akademiya rəisi dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söz açıb.
Ali təhsil müəssisələrində tədris prosesi ilə yanaşı, tələbələrin əldə etdikləri bilik və bacarıqları təcrübədə tətbiq etməyin vacibliyini bildirən Qulu Novruzov Akademiyanın tələbələrinin buraxılış işlərinin mövzusuna uyğun olaraq Dövlət Gömrük Komitəsinin struktur bölmələrində təcrübədə olacağını deyib. “Tələbələrin əsasən Dövlət Gömrük Komitəsinin struktur bölmələrinə göndərilməsinin əsas məqsədlərindən biri də odur ki, gələcəkdə bu, işlə təmin olunmada müəyyən qədər müsbət bir məqam kimi dəyərləndiriləcək”- deyə o, qeyd edib.
Qulu Novruzov istehsalat təcrübəsinin dörd illik təhsilin sonuncu və çox önəmli bir mərhələsi olduğunu vurğulayıb. O, qeyd edib ki, tələbələr dörd ildə qazandıqları nəzəri bilikləri təcrübə vaxtı əyani şəkildə tətbiq etməyi öyrənəcəklər. Akademiya rəisi tələbələrə öz tövsiyələrini verib və uğurlar arzulayıb.
Sonra Akademiyanın Təlim və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov tələbələri təcrübə gündəliyinin doldurulması, təcrübənin sonunda hesabatın yazılması qaydaları ilə bağlı təlimatlarla tanış edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 Xalqımızın halal haqqı
2 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
3 “Qara dul qadın” filminin premyerası təxirə salınıb
4 MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
5 Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 22 nəfər ölüb -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info