Münxendə keçirilən müzakirələr Yaponiya mətbuatının da diqqətində olub
Tarix: 17.02.2020 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda keçirilən panel müzakirələr Yaponiya mətbuatının da diqqətində olub. AZƏRTAC xəbər verir ki, Yaponiyanın əsas aparıcı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu Kyodo agentliyi, “Nikkey” qəzeti, “47news”, “Chunichi”, “Shikiku”, “Okinavatimes”, “Nishinippon”, “Tokyo”, “Kyoto” kimi xəbər portalları Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin ilk dəfə keçirilən bu debatına xüsusi diqqət ayırıblar. Məqalələrdə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi mövzusunu Almaniyanın Münxen şəhərində keçirilən konfrans çərçivəsində ictimaiyyət qarşısında ilk dəfə müzakirə ediblər. Bildirilir ki, Azərbaycana məxsus olan Dağlıq Qarabağ faktiki olaraq Ermənistanın nəzarəti altındadır. Debat zamanı Prezident İlham Əliyevin Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla bildirməsi xüsusi vurğulanır. Qeyd edilir ki, münaqişənin mərhələli həllini təklif edən Azərbaycan lideri yalnız bundan sonra münasibətlərin normal hal ala biləcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin Ermənistan baş nazirinin Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirak etməsi barədə təklifinin heç bir hüquqi və tarixi əsasının olmadığını bildirməsi də məqalələrdə əksini tapıb. Yazılarda Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tarixinə də nəzər salınır.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Bakıda motosiklet qəzaya uğrayıb, xəsarət alanlar var
09.04.2020
Bakıda qadın mənzildən 4500 manat oğurlayıb
08.04.2020
Bakıda ağır yol qəzası baş verib, xəsarət alan var - VİDEO
08.04.2020
Bakıda saxta arayış satan şəxslər tutulub
07.04.2020
Şəmkirdə ailə üzvlərini yandıran şəxs saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info