İİTKM-də İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti ilə görüş keçirilib
Tarix: 17.02.2020 | Saat: 13:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, biznes mühitinin şaxələndirilməsi istiqamətində görülən işlərdən danışılıb. Həmçinin yerli startapların qlobal səviyyədə sərmayə cəlbi üçün qarşılıqlı imkanlar müzakirə olunub. İİTKM ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının ölkəmizin startap ekosisteminin və biznes şəraitinin inkişafı istiqamətində birgə layihələr müzakirə olunub.
İİTKM-in Rəqəmsal Ticarət Qovşağının (RTQ) meneceri Nicat Əsədli Rəqəmsal Ticarət Qovşağı vasitəsilə təqdim olunan mobil rezidentliyin xarici iş adamlarının ölkəyə gəlmədən rahatlıqla Azərbaycanda biznes qura bilməsi üçün təqdim etdiyi imkanlar barədə məlumat verib.
Daha sonra EnterpriseAzerbaijan portalının meneceri Oruc Dursunzadə portalın startaplar üçün təqdim etdiyi crowdfunding, crowdinvesting xidmətlərindən, startaplara toxum, mələk və vençur investorları vasitəsilə sərmayə cəlbi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Portal startapların ideya və layihələrinin dünya investisiya bazarına çıxışını asanlaşdırır. İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun isə İsrail investorlarının Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını qeyd edib. Azərbaycanda xarici investorlar üçün əlverişli biznes mühitinin mövcud olduğunu vurğulayıb və aidiyyəti qurumlarla birgə təcrübə mübadiləsi aparıldığını deyib.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
“OPEC+“ ölkələri neft hasilatını 23% azaltmaq barədə razılığa gəliblər
09.04.2020
“Brent“ neftinin qiyməti 34 dolları keçıb
09.04.2020
“Neftin qiymətinin düşməsinin mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir”
09.04.2020
“Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, biz bu ağır sınaqdan minimum itki ilə çıxmalıyıq”
09.04.2020
“Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info