Bakı Ali Neft Məktəbi Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
Tarix: 17.02.2020 | Saat: 13:49:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi ilə Estoniyanın Tallin Texnologiya Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Tallin Texnologiya Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin Elektron İdarəetmə Texnologiyaları və Xidmətləri Proqramının müdiri İnqrid Pappel imzalayıblar. İmzalanma mərasimində Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, aidiyyatı şöbələrin rəhbərləri, tələbələr, Tallin Texnologiya Universitetinin əməkdaşları iştirak edib.
Tədbirdə gələcək əməkdaşlıq, tələbə və professor-müəllim heyətinin mübadiləsi, Yay Məktəbinin təşkili, elmi-tədqiqatlar sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Rektor Elmar Qasımov tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Estoniya ilə münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranıb. Rektor qeyd edib ki, ötən müddətdə Estoniya-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılıb, iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində son illər ərzində mühüm irəliləyişlərə nail olunub.
Azərbaycandan olan tələbələr arasında Tallin Texnologiya Universitetinə tələbatın getdikcə artdığını qeyd edən E.Qasımov Bakı Ali Neft Məktəbi ilə də intensiv tələbə mübadiləsi həyata keçiriləcəyinə ümidvar olduğunu deyib.
İnqrid Pappel isə öz növbəsində bildirib ki, Tallin Texnologiya Universiteti Estoniyanın sürətlə inkişaf edən, cəmiyyətin ehtiyaclarına və rəqəmsal dövrün çağırışlarına cavab verən ali təhsil müəssisəsidir. Burada Kompüter sistemləri və mühəndisliyi, Kibertəhlükəsizlik, Elektron idarəetmə texnologiyaları və xidmətləri, Dizayn və mühəndislik, Texnologiya İdarəetməsi kimi ixtisaslar tədris olunur.
Sonda İnqrid Pappel Tallin Texnologiya Universitetində yaradılan elektron hökumət və e-sistem həlləri barədə təqdimatla çıxış edib. Qonaqlar Ali Məktəbin kampusu və burada yaradılan şəraitlə də tanış olublar. Qeyd edək ki, texniki sahə üzrə əhatəli tədris prosesinin və elmi-tədqiqat işlərinin həyata keçirildiyi ali məktəblər sırasında Tallin Texnologiya Universiteti xüsusi mövqeyə malikdir. Universitet 1918-ci ildən Estoniyanın paytaxtı Tallin şəhərində məktəb kimi fəaliyyətə başlayıb və 1938-ci ildə universitet statusu əldə edib. Bakalaviatura və magistratura təhsil pillələri üzrə ingilisdilli tədris həyata keçirir.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb
09.04.2020
BDU-nun Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli
09.04.2020
Sabaha olan olan teledərslərin proqramı açıqlanıb
08.04.2020
Bakı Xoreoqrafiya Akademiyası: 500-dən artıq şagird və tələbə distant təhsildən yararlanıb
08.04.2020
İsveç tədqiqatçıları infeksiyanın qarşısını ala bilən nanoplastinkalar hazırlayıblar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info