“Müasir Azərbaycan Qadını-5” layihəsinin ilk görüşü keçirilib
Tarix: 17.02.2020 | Saat: 13:54:00 | E-mail | Çapa göndər


“Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi tərəfindən təşkil edilən “Müasir Azərbaycan Qadını-5” layihəsinin ilk görüşü keçirilib. Tədbiri açıq elan edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova qonaqları salamlayaraq, ekspertləri təqdim edib və layihənin məqsədi haqqında məlumat verib. “Müasir Azərbaycan Qadını-5” layihəsinin ilk görüşündə ssenarist, prodüser Müşfiq Abbasov, aktyor, əməkdar artist Coşqun Rəhimov, xanəndə, xalq artisti Mələkxanım Əyyubova ekspert qismində iştirak edərək, qadınları maraqlandıran sualları cavablandırıb və öz həyat hekayələrindən danışıblar. Keçirilən görüşdə qadınları ən çox narahat edən problemlərə toxunaraq, psixoloji maarifləndirmə aparılıb və onlara məsləhətlər verilib.
Tədbirin sonunda “Bu Şəhərdə” komandasına layihəyə verdikləri dəstəyə görə Təşəkkürnamə təqdim edilib. Nəzərinizə çatdıraq ki, qeydiyyat davam edir.
Bu layihədə problem və psixoloji sıxıntılardan, bacarıq və qabiliyyətlərini reallaşdırmaqda çətinlik çəkənlər və ümumiyyətlə cəmiyyətdə özünü təsdiq etmək istəyən xanımlarımız iştirak edə bilərlər. Qeyd edək ki, layihənin əsas məqsədi psixoloji gərginlik yaşayan qadınlara dəstək olmaq, qadınların sosiallaşmasına kömək etmək, cəmiyyətimiz üçün təhsilli qadınların artırılmasına təkan vermək, öz biznesini qurmaq istəyən qadınlara düzgün biznes strategiyasını anlatmaq və psixoloji problemlərdən dolayı öz uğurunun ardınca gedə bilməyən qadınlara kömək etməkdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Heydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı- VİDEO
09.04.2020
Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmlərin şərhi
09.04.2020
Baş Dövlət Yol Polisi İdarəsi etibarnamə ilə bağlı məlumat yayıb
09.04.2020
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı
09.04.2020
Təhsil Nazirliyi “Evdə Qal, Evdə Yarat“ təşəbbüsünə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info