“Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi
Tarix: 17.02.2020 | Saat: 13:58:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olunub.
Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar şeirsevərlərin Qarabağa həsr etdikləri ən maraqlı və gözəl şeirlərinin, poemalarının seçilməsi, habelə onların toplu halında nəşrini planlaşdırır.
Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Vətənə və torpağa məhəbbət, tarixi dostluğumuz, həmrəyliyimiz, Azərbaycan mədəniyyətinin mərkəzi olan Qarabağ, onun tarixi, abidələri, Azərbaycan xalqının Qarabağda yaratdığı böyük mədəniyyət, adət-ənənələr, islam irsi, tanınmış qarabağlılar, ədəbiyyatımıza və muğam sənətinə bölgənin verdiyi töhfələr, bölgənin gözəl və füsunkar təbiəti, Vətən torpaqlarının azadlığı, zülmə və həsrətə son, aprel zəfəri, çiçəklənən Azərbaycan, həqiqətin zəfərinə və işıqlı gələcəyə inam mövzularını əhatə edən əsərlərə, şeirlərə, poemalara üstünlük veriləcəkdir.
Müsabiqə təqdim olunacaq əsərlərin cari ilin 1 mart tarixindən – 15 sentyabr tarixinədək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna (culcenter.az@gmail.com) elektron formada göndərilməsi xahiş olunur.
Müsabiqəyə təqdim olunan materiallar:
1. Şeir və poema (nəzm formasında).
2. Müəllifin pasportunun surəti (elektron formada).
3. Müəllif haqqında qısa məlumat.
Toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında yayımlanacaqdır.
Müsabiqənin yekununda iki ölkədən ən dəyərli 3 əsərə (ümumilikdə 6 nəfər) Azərbaycan Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim ediləcəkdir.
Qalib şeirlərin hər iki ölkənin mətbuatında yayılması təmin ediləcəkdir.
Yekunda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Hər anımız vətən desin” adlı təntənəli poeziya axşamının keçirilməsi də nəzərdə tutulub.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz






 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Nazirlikdən yeni təşəbbüs “Evdə Qal, Evdə Yarat“
09.04.2020
Balacalar üçün müsabiqə
09.04.2020
“Xəta və Xatirə“ bədii-sənədli filminin çəkilişləri yekunlaşmaq üzrədir
09.04.2020
Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür
08.04.2020
Azərbaycan poeziyası Venesuela mətbuatında

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info