Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Tarix: 17.02.2020 | Saat: 14:01:00 | E-mail | Çapa göndər


Anar MİRİYEV |

Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüş diplomatiya tariximizə yazılan növbəti uğurlu səhifələrdən biridir. Bütün dünyaya canlı olaraq yayımlanan və debat xarakteri daşıyan müzakirədə Prezident İlham Əliyev işğalçı ölkənin baş naziri Nikol Paşinyana bir çox istiqamətlər üzrə master-klas keçərək onu “mat” vəziyyətinə saldı. Dövlət başçımızın həm yüksək natiqlik qabiliyyəti, həm səlist ingiliscəsi, həm də ayrı-ayrı məsələlərə məntiqi və faktlar əsasında yanaşması Azərbaycan diplomatiyasının peşəkarlığının bariz nümunəsidir. Ölkə başçımızdan fərqli olaraq isə Nikol Paşinyan tarix bilgilərinin və ingiliscəsinin nə qədər bərbad olduğunu hər cümləsində göstərməklə nəinki siyasi səhnədə ümumiyyətlə heç bir sahədə Prezident İlham Əliyevə rəqib ola bilməyəcəyini bir daha ortaya qoymuş oldu.
Məsələ ilə bağlı “Palitranews.az”a açıqlama verən analitik Ehtiram Aşırlı bildirdi ki, Prezident İlham Əliyev beynəlxalq diplomatiya, müasir tarix biliklərinə malik olduğu, dəqiq və sistematik arqumentlərlə çıxış etməsi yüksək səviyyədə bacardığı halda onun opponenti öz karyerasını küçədə başlayıb və onun başı bu saat ancaq öz kreslosundan bərk-bərk yapışmağa, bu yolda qarşısına çıxanlara qarşı İrəvanda cinayət işi açmağa qarışdığını söyləyə bilərik: “Dövlət başçımız işğalçı ölkənin baş nazirinin Şaumyan rayonunun (indiki Goranboy) Dağlıq Qarabağa aid olduğunu, Xocalı soyqırımı və Xankəndi ilə bağlı söylədiyi yalan və tarixi təhriflərlə dolu fikirlərinə tutarlı arqumentlərlə cavab verərək bütün dünyanın gözü qarşısında Paşinyana tarix dərsi keçdi. Belə olan təqdirdə artıq bütün dünya təsəvvür edir ki, bağlı qapılar arxasında nələr baş verir. Dövlət başçımızın bu mükəmməl çıxışı hamıya göstərdi ki, kulis arxasındakı diplomatik danışıqlarda Azərbaycan tərəfi diktə edir. Ölkə başçımız növbəti dəfə danışıqlar tələbini açıq ortaya qoydu, işğalçı ölkənin baş naziri isə növbəti dəfə yox...”
Ekspert hesab edir ki, Paşinyan müzakirə zamanı özünü “sülhsevər” kimi göstərsə də Prezident İlham Əliyevin bu gün Azərbaycan əsgəri erməni snayperi tərəfindən vurulubdur buna münasibətiniz necədir şəklində sualının qarşısında aciz qalaraq sadəcə özünü Qərbə yazıq kimi göstərməyə çalışdı: “Digər tərəfdən Paşinyan növbəti dəfə müzakirənin istiqamətini dəyişmək və özünü “yenilikçi” göstərmək üçün moderatora mənə niyə heç etmək istədiyim inqilablar barədə sual vermirsiniz kimi fikirlə müraciət etdi. Gördüyünüz kimi, baş nazir özünün müzakirədə uduzduğunu və tarixi bilgilərinin, diplomatik bacarığının olmadığını gördüyü üçün danışıqların məcrasını inqilablar mövzusuna gətirərək vəziyyətdən çıxmaq niyyətində idi. Ələlxüsus da Paşinyan bütün siyasi proseslərini “inqilab” sözü ilə əlaqələndirməyə çalışır. Paşinyan hər dəfəsində inqilabla, xalqın istəyi ilə hakimiyyətə gəldim, ölkə daxilində iqtisadi inqilab edəcəyik və indidə Qarabağ danışıqlarında mikro inqilablar etmək niyyətindəyəm kimi fikirlərlə çıxış edir. Lakin artıq nəinki erməni xalqı hətta bütün dünya və ələlxüsus da Qərb Paşinyanın hər dəfəsində inqilabla hakimiyətə gəlməsini faktını dilə gətirməsindən təngə gəlib.
Paşinyanın “mikroinqilabları” heç kimi maraqlandırmadı. Ermənistanın baş naziri bir neçə dəfə münaqişənin həllində guya müəllifi olduğu “mikroinqilablar” barədə danışmaq istəsə də, ona müvafiq sual verilmədi. Bu faktın özü bir daha təsdiq edir ki, dünya birliyi Ermənistan rəhbərliyinni rasional addımlardan uzaq olduğunu və “mikroinqilablar” tipli mücərrəd məsələlərlə baş aldatdığını bilir və buna görə də belə iddialara diqqət göstərmir. Son olaraq onu da qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin işğalçı ölkənin baş naziri N.Paşinyanın gözlərinin içinə baxaraq ermənilərin öz müqəddəratını təyin etmək üçün dünyanın başqa bir yerində özlərinə yer tapmalarını təklif edirəm şəklində çıxışı bir daha Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan tərəfinin qətiyyətli mövqeyini orta qoyur. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair keçirilən müzakirə bir daha onu göstərdi ki, dövlət başçısı üçün tikilən kostyum Paşinyanın əyninə böyükdür”. Bir sözlə, fevralın 15-də keçirilmiş müzakirələr göstərdi ki, Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı. Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi.




 
Müəllifin son yazıları

28.10.2019 “Nə qədər mənim kimi evsiz jurnalist bu siyasət nəticəsində mənzillə təmin olundu“
01.07.2019 Qlobal media ciddi reputasiya itkisinə məruz qalıb
18.09.2013 Cəmil Həsənli də rəhbəri Rüstəm kimi saxtakar çıxdı
21.08.2013 Ukrayna mətbuatı Azərbaycan müxalifətini şoka saldı
21.05.2013 Əkrəm Naibov Zori Balayanla eyni missiyanı yerinə yetirir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
2 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
3 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
4 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
5 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info