Tanınmış xanəndə almaniyalı deputatla görüşdə nədən danışdı?
Tarix: 17.02.2020 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


Almaniyada yaşayan tanınmış xanəndə Zahid Quliyev və oğlu Atəş Quliyev Almaniya Bundestaqının deputatı Nikolas Löbellə görüşüblər.
Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Nikolas Löbel Azərbaycan respublikasının rəsmi dairələrində tanınan bir siyasətçidir. O, Almaniya parlamentində CDU-dan seçilmiş millət vəkilidir, həm də parlamentdə mühüm bir vəzifə daşıyır. Nokala Löbel Azərbaycan və Almaniya münasibətlərinin inkişafında aparıcı siyasətçilərdən hesab edilir. Almaniya mediasında Azərbaycanla və xüsusilə, Qarabağ problemi ilə bağlı Azərbaycanın haqlı mövqeyindən çıxış edən müsahibələr verir.
Görüşdə azərbaycanlı xanəndə Zahid Quliyev və oğlu Atəş Quliyev almaniyalı siyasətçiyə haqlı mövqeyinə görə təşəkkür ediblər. Görüşdə siyasətçi ilə vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, Qarabağ həqiqətləri haqqında danışılıb. Xanəndə və oğlu Qarabağla bağlı real həqiqətləri millət vəkilinin diqqətinə çatdırıblar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ideyası ilə reallaşan “Qarabağ Xanəndələri” albomunu və Xocalı soyqırımına həsr olunmuş kitabı ona təqdim ediblər. Xanəndə doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun Söyüdlü kəndinin 2012-ci ildə əldə etdiyi foto və videoları ona göstərib. Nikolas Löbel xanəndənin o yerləri görmək üçün valideynlərinin, yaxınlarının məzarlarını bərpa etmək üçün düşüncələrini eşidib. Millət vəkili bu ilin aprel ayında Azərbaycana səfər edəcəyini və görüşlər keçirəcəyi haqqında məlumat verib”,-deyə E.Eltürk vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Heydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı- VİDEO
09.04.2020
Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmlərin şərhi
09.04.2020
Baş Dövlət Yol Polisi İdarəsi etibarnamə ilə bağlı məlumat yayıb
09.04.2020
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı
09.04.2020
Təhsil Nazirliyi “Evdə Qal, Evdə Yarat“ təşəbbüsünə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info