“Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi faktlar qarşısında aciz duruma düşdü”
Tarix: 17.02.2020 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Asif Əsgərli: “Paşinyanın diletant, siyasi və diplomatik cəhətdən savadsız bir hökumət başçısı olduğu bir daha göründü”


Münhendə ənənəvi illik beynəlxalq təhlükəsizlik konfransı keçirlib. Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr edilmiş görüş olub. Həmin görüşdə Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçib. Müzakirələrdən aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin mənsubluğu ilə bağlı tarixi həqiqətlər Ermənistan üçün çox ağır mövzudur. Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi tarixi həqiqətlər qarşısında Paşinyanın eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan həqiqətən də Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsbit edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı. Bu görüşlə bağlı Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri, Milli QHT Forumunun vitse-prezidenti Asif Əsgərli “Palitra”ya fikirlərini bölüşüb: “Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla panel diskussiyasında Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri barədə qətiyyətli, cəsarətli, tutarlı faktlarla nümayiş etdirdiyi çıxış-təqdimat nəinki Azərbaycan ictimaiyyəti, eləcə də dünya siyasi dairələri, media qurumları və ekspertlər tərəfindən yüksək və obyektiv qiymətləndirilib. Müzakirədə Ermənistanın rəhbərinin rabitəsiz, mövzuya uyğun gəlməyən, yalnız boş və uydurma ifadələr işlətməsi Paşinyanın bir daha diletant, siyasi və diplomatik cəhətdən savadsız bir hökumət başçısı olduğunu və hakimiyyətə küçədən gəldiyini göstərdi. Tarixi faktları saxtalaşdıran Ermənistan hökumət başçısına ciddi, arqumentli izahla cavab verən Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinə yalnız Dağlıq Qarabağ münaqişəsinin başlanması, həqiqətlər və real mənzərə haqqında deyil, eyni zamanda Qarabağın qədim və köklü tarixi, buradakı milli irsimiz və bu əzəli Azərbaycan torpağının əsl sahibinin Azərbaycan xalqı olduğunu inamlı şəkildə çatdırdı. Ermənilərin bu torpaqlara çox-çox sonralar süni şəkildə köçürüldüyünü və bu planın Rusiya imperiyasının Qarabağ xanlığını işğal etməsindən sonra baş verməsini real tarixi sənədlərlə izah edən Azərbaycan rəhbəri sovet hakimiyyəti qurulan zaman bolşeviklərin təsiri və təzyiqi ilə bu ərazidə rəsmi Bakıya bağlı muxtar vilayətin yaradıldığını da auditoriyaya bəyan etdi. Qarabağın tarixində heç vaxt erməni irsinin olmadığını əsaslandıran Prezident İlham Əliyev, hətta 1918-ci ildə qurulan müstəqil Cənubi Qafqaz respublikalarından biri kimi Azərbaycan Demokratik Cümhuriyyətinin İrəvan şəhərini də daşnak Ararat respublikasına paytaxt olmaq üçün güzəştə getdiyini də bildirdi. İrəvan barədə “deməli nəsə sənə məxsusdur ki, onu kiməsə verirsən və ya bağışlayırsan” deyən cənab İlham Əliyev 1923-cü ildə Qafqaz Bürosunun qərarının da Azərbaycan daxilində olan Dağlıq Qarabağ ərazilərində muxtar qurumun yaradılması haqqında olduğunu bildirdi. Xocalı genosidini törədən Ermənistanın keçmiş rəhbərlərinin əməllərini gizlətmək istəyən Paşinyan yenə öz ampluasında olaraq, yalan informasiya ilə Azərbaycanın keçmiş rəhbərinin guya Rusiya qəzetinə verdiyi müsahibəsi ilə “cavab verən” Ermənistan rəhbərinə Prezident İlham Əliyev bir daha xatırlatdı ki, belə bir açıqlama olmayıb və bu yalnız erməni jurnalistlərinin uydurmasıdır”. Asif Əsgərli deyib ki, dili topuq vuran Paşinyan İlham Əliyevin bu həqiqətini təsdiq edərək, acizanə şəkildə bu tarixi reallığın “günahını” Lenin, Stalin və Atatürkdə “gördü”: “Uydurma Tiqran miflərindən danışan Paşinyanın bu rəzalətini, hətta erməni siyasətçiləri və ekspertləri də etiraf edərək, Ermənistan rəhbərinin Azərbaycanın dövlət başçısı qarşısında utancverici vəziyyətə düşdüyünü qeyd edirlər. Paşinyan bir daha Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim etdiyi faktlar qarşısında aciz duruma düşdü. Bu müzakirə ilə paneldə olan, eləcə də Münhen Təhlükəsizlik Konfransına qatılan dövlət və hökumət başçıları, hökumət və parlament üzvləri, siyasi və dövlət xadimləri, ekspertlər və media vasitəsilə tədbiri izləyən bütün dünya bir daha münaqişənin həllinə daha yaxın və bu istiqamətdə maraqlı olan tərəfin Azərbaycan olduğunu və Ermənistanın avantürist siyasətinin yalnız status-kvonu saxlamaqla danışıqlarla manipulyasiya etdiyini gördülər”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur
09.04.2020
Koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır
08.04.2020
Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin nümunəsidir
08.04.2020
“Onların yeganə arzusu bu virusun ölkəmizdə daha geniş yayılmasıdır“
08.04.2020
Millət vəkili: “Virusun yeganə dərmanı vətəndaşların evdə qalmalarıdır!”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info