İlyas Hüseynov: “Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolu var”
Tarix: 17.02.2020 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Enerji təhlükəsizliyi" mövzusunda keçirilən dəyirmi masada əhəmiyyətli məsələlərə toxunulub. Tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olduğunu deyib: “Bizimlə Cənub Qaz Dəhlizi üzərində işləyən bəzi ölkələrin tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı olacaq. Alternativ mənbə təkcə marşrut deyil. Çünki təhlükəsizlikdən danışanda biz mənbədən danışmalıyıq. Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Düşünürəm ki, bu, bizim layihəmizin üstünlüyüdür və buna görə də Avropa İttifaqı ona güclü dəstək verir. Bu səbəbdən də yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, biz Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik”.
Bu tədbirlə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov “Palitra”ya bildirib ki, Avropanın enerji təhlükəsizliyinin təmin.olunmasında Azərbaycanın əhəmiyyətli rolu var: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət və hökumət başçıları, dünyanın aparıcı şirkətlərin rəhbərləri ilə görüşündə Avropanın enerji təhlükəsizliyi təmin olunmasında Azərbaycanın oynadığı rolu haqqında geniş fikir bildirdi. Fevralın 14-də Münhen Təhlükəsizliyik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP-ın açılışını xüsusi qeyd etmişdir. Bu, regionumuzun əsas infrastruktur layihələrindən biri hesab olunur. Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. “Şahdəniz” yatağından hasil olunan qaz artıq Türkiyə-Yunanıstan sərhədinə qədər çatdırılıb. TAP layihəsi də bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi istismara veriləcək. Cənub Qaz Dəhlizi yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq Anlaşma Memorandumu imzanıb. Bu layihənin ən böyük özəlliyi ondan ibarətdir ki, Avropa Birliyi ölkələri alternativ təchizat mənbələrinə malik olmaq imkanı qazanacaq”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
“OPEC+“ ölkələri neft hasilatını 23% azaltmaq barədə razılığa gəliblər
09.04.2020
“Brent“ neftinin qiyməti 34 dolları keçıb
09.04.2020
“Neftin qiymətinin düşməsinin mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir”
09.04.2020
“Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, biz bu ağır sınaqdan minimum itki ilə çıxmalıyıq”
09.04.2020
“Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info