“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub
Tarix: 17.02.2020 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı Bakıda 13-14 fevral tarixlərində baş tutmuş “Rəqəmsal İqtisadiyyat: müasir çağırışlar və real imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycanda rəqəmsal iqtisadiyyatın qurulması, xarici təcrübə, mövcud risklər, həllər kimi məsələlərə həsr olunan plenar sessiyada təqdim edilib.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yerli və xarici ekspertlərin iştirakı ilə baş tutmuş tədbirdə çıxış edən AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra edilən “Azerbaijan Digital Hub” proqramını tədqim edib, müasir dövrdə rəqəmsal transformasiya prosesləri barədə geniş danışıb. Fuad Allahverdiyev rəqəmsallaşmanın cəmiyyətlər və dövlətlər qarşısında inkişaf üçün yeni imkanlar açdığını, rəqəmsal iqtisadiyyat quruculuğu məsələsinin hazırda ölkəmiz üçün də mühüm əhəmiyət kəsb etdiyini vurğulayıb. Fuad Allahverdiyev proqram çərçivəsində infrastruktur quruculuğu layihələri barədə danışıb, ölkə daxilində fiber-optik kabel xətlərinin çəkilməsi üçün Azərbaycan Dəmir Yolları QSC ilə birgə icra edilən layihəni, eləcə də Azərbaycanla Orta Asiya ölkələri arasıda Xəzərin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin çəkilməsi layihəsini qeyd edib. O bu layihələr sayəsində Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal ipək yolunun formalaşacağını bildirib, “Digital Hub” proqramının son nəticədə ölkənin rəqəmsal mərkəzə çevrilməsi və rəqəmsal iqtisadiyyatın formalaşmasına töhfə verəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən digər məruzəçilər aidiyyatı mövzularda təqdimatlar ediblər, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat quruculuğunda fərqli təcrübələr barədə fikir mübadiləsi aparıblar.
Beynəlxalq konfrans Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin Bir Kəmər Bir Yol Elm və Texnologiya Alyansının dəstəyi və Bakcell şirkətinin sponsorluğu ilə keçirilib.
AzerTelecom Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. AzerTelecom Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumunun üzvüdür.
Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu - Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirilməsi üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır. Konsorsiumun yaradılması haqqında saziş 9 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən “İpək Yolunun rəqəmsallaşdırılması” adlı rəqəmsal ticarət üzrə 3-cü forumda özəl şirkətlər olan PAŞA Bank, B.EST Solutions və AzerTelecom və dövlət sektorunu təmsil edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında “Asan İmza” mobil elektron imza vasitəsilə imzalanıb. Konsorsium, Azərbaycanın müasir rəqəmsal xidmətləri və infrastrukturunun tətbiqi və ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirmək məqsədi daşıyır. Konsorsium, Azərbaycanı dünya bazarlarına bağlamaq, eyni zamanda Azərbaycanın Avropa ilə Asiya arasında yeni Rəqəmsal Qovşaq kimi irəliləyişi üçün görünməmiş bir fürsət təqdim edir.

Anar




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
“OPEC+“ ölkələri neft hasilatını 23% azaltmaq barədə razılığa gəliblər
09.04.2020
“Brent“ neftinin qiyməti 34 dolları keçıb
09.04.2020
“Neftin qiymətinin düşməsinin mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir”
09.04.2020
“Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, biz bu ağır sınaqdan minimum itki ilə çıxmalıyıq”
09.04.2020
“Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info