Onlar səhnəyə “Bahar” gətirəcək
Tarix: 17.02.2020 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Maraqlı sosial layihələri, yaradıcılıq aksiyaları ilə də diqqət mərkəzində olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti səhnə işini də teatrsevərlərin ixtiyarına verir.
Belə ki, fevralın 18-də (saat 15.00) Abdulla Şaiqin ilk uşaq dram nümunəmiz sayılan “Gözəl Bahar” pyesinin motivləri əsasında səhnələşdirilən “Bahar“ tamaşasının premyerası olacaq.
“Əngəlləri səhnədən aşaq...” şüarını əsas götürən yaradıcı heyət bu dəfə teatrın nəzdində yaradılan azyaşlı aktyorlardan ibarət “Oyuq” və fiziki imkanları məhdud səhnə bacarıqlı uşaqların cəmləşdiyi “Küllücə” teatr-studiyalarını bir səhnədə toplayıb.
Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin dəstək verdiyi bu sosial layihənin məqsədi istedadlı uşaqları bir araya gətirməklə onların cəmiyyətə inteqrasiyasını təmin etmək, fərqli səhnə, sənət bacarıqlarını təkmilləşdirmələrinə dəstək olmaqdır.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Röya Hüseynova, xoreoqrafı Günay Əhməddir.
Uşaqlara təbiəti, fəsilləri, insanları sevməyi təlqin edən, onları ətraf mühitin qorunmasına səsləyən birhissəli musiqili uşaq tamaşasında rolları Nazan Qafarova, Həcər Abdullayeva, Selcan Müseyibova, Zəhra Qafarova, İbrahim Məmmədli, Ülvi Bayramov, Nigar Süleymanzadə, Aslımaral Umarova, Sofiya Əlizadə, Murad Abdurrəhmanov, Aysu Cəbrayılova, Hüseyn Abdullazadə, İlqar İbrahimli, İbrahim Süleymanlı və başqaları ifa edirlər.
Qeyd edək ki, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatına üzv fiziki məhdudiyyətli istedadlı balacaların da yer aldığı “Küllücə” teatr-studiyası iki ildir ki, fəaliyyətə başlayıb və bu müddət ərzində ətrafına xeyli sayda fiziki və əqli məhdudiyyətli balacaları toplaya bilib.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Nazirlikdən yeni təşəbbüs “Evdə Qal, Evdə Yarat“
09.04.2020
Balacalar üçün müsabiqə
09.04.2020
“Xəta və Xatirə“ bədii-sənədli filminin çəkilişləri yekunlaşmaq üzrədir
09.04.2020
Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür
08.04.2020
Azərbaycan poeziyası Venesuela mətbuatında

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info