“Prezident Paşinyana tarix dərsi keçdi”
Tarix: 17.02.2020 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Əziz Əlibəyli: “Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan müzakirə Ermənistan tərəfinin nə qədər haqsız olduğunu bir daha üzə çıxardı”


Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələri bir sıra yaddaqalan məqamlar ilə seçildi. Azərbaycan cəmiyyətində və beynəlxalq arenada geniş müzakirə mövzusuna çevrilən, daha çox Paşinyanın çətin vəziyyətə düşməsi ilə yadda qalan bu debatda Prezidentin tutarlı və beynəlxalq hüquqa, real tarixə əsaslanan faktları ortaya qoyması isə daha çox diqqət çəkdi. Ümumiyyətlə, Paşinyanın diplomatik savadsızlığını sübut edən və Azərbaycanın haqlı davasını bir daha göstərən belə bir müzakirənin məhz Münhen Təhlükəsizlik Konfransı kimi mötəbər forum çərçivəsində keçirilməsi də Azərbaycanın xeyrinə işləyən amil kimi qiymətləndirilməlidir. Ölkə başçısı bütün mötəbər tribunalardan olduğu kimi Münhendə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri canlı yayımda beynəlxalq birliyin diqqətinə çatdırdı. Debat zamanı Prezident İlham Əliyevin təqdim etdiyi hüquqi bazaya qarşı Paşinyan İosif Stalinin “qərarı”ndan başqa heç bir dəlil-sübut səsləndirə bilmədi. Prezidentin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument nümayiş etdirə bilmədi. Prezident İlham Əliyev XIX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələrdən danışdığı halda, Paşinyan bir dənə də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Prezident İlham Əliyev həm də Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycana məxsus olmasını bütün dünyaya bir daha nümayiş etdirdi.

Paşinyan özü də bilmədən Qarabağla bağlı tarixi bir etiraf etdi. Həm də bunu edən ilk erməni rəhbəri kimi “Qarabağ Azərbaycanın ərazisidir” həqiqətini dilə gətirdi

Politoloq Əziz Əlibəyli də “Palitra”ya verdiyi açıqlamada Azərbaycan Prezidentinin qətiyyətli mövqeyin və konkret faktlara əsaslanan çıxışının qarşısında Paşinyanın aciz görünməsini hüquqa qarşı ermənisayağı demaqogiya kimi dəyərləndirdi: “Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan müzakirə Ermənistan tərəfinin nə qədər haqsız olduğunu üzə çıxardı. Ümumiyyətlə, görüşü məzmununa və mərhələlərinə görə mütləq kateqoriyalaşdırmaq və o cür qiymətləndirmək lazımdır. Birincisi, Paşinyan özü də bilmədən Qarabağla bağlı tarixi bir etiraf etdi. Həm də bunu edən ilk erməni rəhbəri kimi “Qarabağ Azərbaycanın ərazisidir” həqiqətini dilə gətirdi. İkincisi, onun digər ciddi səhvi Ayaz Mütəllibovla bağlı idi. Təsəvvür edin ki, onlar illərdir olmayan bir iddia üzərindən təbliğat qurublar və Mütəllibovun da həyatda olduğunu “unudublar”. Üstəgəl, Xocalı soyqırımı ilə bağlı eks-prezidentin ermənipərəst “Arqumenti i Faktı” agentliyinə verdiyi müsahibəni saxtalaşdırırlar. Amma o iddia Prezident İlham Əliyevin bircə cümləsi ilə dağıdıldı. Paşinyan Xocalı faciəsi ilə bağlı Ayaz Mütəllibova şər atmağına görə İlham Əliyevdən sərt cavab aldı”. Əziz Əlibəyli deyir ki, onun çıxışında əvvəlcə "Bolşeviklər Partiyasının Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın ərazisidir” deməsi, dərhal sonra isə "Armenia, sorry” deyərək vəziyyətdən çıxmağa çalışması da anormallıq idi. Yəni, burada da ciddi səhvlər etdi: “Ermənilərin nəinki SSRİ, hətta AXC dönəmində Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etmələrini təsdiq edən sənədlər var. Yeri gəlmişkən, yuxarıda toxunduğumuz məsələyə Ayaz Mütəllibov da münasibət bildirib. O deyib: “Əlbəttə ki, mən belə söz deməmişəm. Bu iddia yalandır. Bəli, qeyd etmişdim ki, həmin dövrdə müxalifətin hərəkətləri nəticəsində Azərbaycanda daxili vəziyyət qarışıq idi”. Debatda ən vacibi bu idi ki, Prezident İlham Əliyev bütün dünya ictimaiyyətinə Azərbaycanın problemə baxışını açıqladı. Bu variant da ondan ibarətdir ki, işğal edilmiş – Dağlıq Qarabağa aid olmayan rayonlar azad edilməlidir, məcburi köçkünlər qaytarılmalıdır, onların təhlükəsizliyi təmin edilməlidir və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın statusu həll edilməlidir”. Politoloq deyir ki, ölkə başçısı bununla bir daha bəyan elədi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və ərazi bütövlüyümüz bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır: “Həmçinin beynəlxalq birliyə də səsləndi ki, - ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər. Heç bir ölkə Dağlıq Qarabağı tanımır. Daha sonra bizim Qarabağdakı tarixi irsimiz və mədəni irsimizin dağıdılması ilə bağlı ortaya faktlar da qoydu, erməni dövlətçiliyi ilə bağlı xəstə yanaşmaları rədd etdi, bir sözlə Paşinyana tarix dərsi keçdi!”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Prezidentin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək
09.04.2020
Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır
09.04.2020
Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO
09.04.2020
Beynəlxalq Vişeqrad Fondu koronavirusla mübarizə üçün Azərbaycana maliyyə yardımı ayıracaq
09.04.2020
Deputatlar bu gün toplaşır – Baş Nazir hesabat verəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info