MSK 34 saylı Xətai III Seçki Dairəsi üzrə 7 məntəqədə seçkinin nəticələrini ləğv edib
Tarix: 17.02.2020 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 34 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Səməd Rəhimli və digər namizədlərin müraciətinə baxılıb. APA-nın məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, 4 müraciət bir icraatda birləşdirilib: “Onların pozuntulara dair 35 protokol və videogörüntülər bizə təqdim edilib. 35 protokoldan sadəcə 8-i orijinaldır. Şikayətçilərin araşdırmada iştirakı tam təmin olunub. Aparılmış araşdırmanın nəticəsi olaraq, müəyyən edilib ki, 7 məntəqədə bizə təqdim edilən protokollar arasında müəyyən fərqlər mövcuddur. Fərq olan protokollar seçicilərin iradəsini əks etdirməyindən bu məntəqələrdə (1, 2, 3, 4, 18, 30, 35) seçkilərin nəticəsinin ləğv olunmasını təklif edirəm”. Müzakirələrdən sonra MSK qeyd olunan məntəqələrdə seçkilərin nəticələrinin ləğv olunması barədə qərar qəbul edib.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Prezidentin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək
09.04.2020
Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır
09.04.2020
Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO
09.04.2020
Beynəlxalq Vişeqrad Fondu koronavirusla mübarizə üçün Azərbaycana maliyyə yardımı ayıracaq
09.04.2020
Deputatlar bu gün toplaşır – Baş Nazir hesabat verəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info