AHİK-də Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru ilə görüş keçirilib
Tarix: 17.02.2020 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Fevralın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Syuzan Floken, Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin və Türk “Egitim-Şen” Həmkarlar İttifaqı Komitəsinin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlı əldə etdiyi uğurlardan danışıb. Sədr bildirib ki, AHİK dünyanın 50-dən artıq ölkəsinin həmkarlar ittifaqları ilə sıx əlaqə saxlayır. O, bu əlaqələrin qurulmasında, həmin ittifaqlarla əməkdaşlığın genişləndirilməsində Syuzan Flokenin əməyini yüksək qiymətləndirib. Belə qarşılıqlı görüşlərin, seminarların daha sıx şəkildə keçirilməsinin vacibliyini vurğulayan S.Möhbalıyev ATİAHİ Respublika Komitəsinin Beynəlxalq Təhsil Birliyi və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyi ilə həyata keçirdiyi birgə layihələrdən də danışıb. Sədr Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Türk “Egitim-Şen”, “Egitim Birsen” Həmkarlar İttifaqlarının Beynəlxalq Təhsil Birliyinə üzv qəbul edilməsi ilə bağlı məsələdə vasitəçi kimi iştirak etdiyindən məmnunluğunu ifadə edib. Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Syuzan Floken qonaqpərvərliyə və əməkdaşlığa görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə təşəkkür edib. Avropalı qonaq Azərbaycanla əlaqələrin və ikitərəfli münasibətlərin genişləndirilməsinə böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan regionda öz nüfuzu ilə seçilir və imkanları genişdir. Beynəlxalq Təhsil Birliyinin nümayəndəsi quruma üzv ölkələrin sayının çoxalmasının vacibliyini vurğulayıb. O, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyindən əminliyini ifadə edib. Görüş müzakirələrlə davam edib. Qeyd edək ki, ATİAHİ Respublika Komitəsi 2000-ci ildən Beynəlxalq Təhsil Birliyinin, 2006-cı ildən isə Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin üzvüdür.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Heydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı- VİDEO
09.04.2020
Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmlərin şərhi
09.04.2020
Baş Dövlət Yol Polisi İdarəsi etibarnamə ilə bağlı məlumat yayıb
09.04.2020
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı
09.04.2020
Təhsil Nazirliyi “Evdə Qal, Evdə Yarat“ təşəbbüsünə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info