Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim ediləcək
Tarix: 17.02.2020 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının son illərdə nəşr olunan kitablarının Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna təqdimetmə mərasimi keçiriləcək. İnstitutdan “Palitra”ya verilən məlumata görə, tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxanadır. Milli Kitabxananın son nəşrləri arasında “Azərbaycan kitabı” çoxcildliyi, “İslam”, “Multikulturalizm”, “Azərbaycanın tarixi abidələri və toponimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan xalçaları”, “Azərbaycan Milli Kitabxanası” və digər biblioqrafiyalar var. Həmçinin “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından fundamental biblioqrafiyalar da Tarix İnstitutuna təqdim ediləcək. Tədbir fevralın 19-u saat 11:00-da AMEA-nın əsas binasında (kiçik akt zalı, 2-ci mərtəbə, 211-ci otaq) keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb
09.04.2020
BDU-nun Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli
09.04.2020
Sabaha olan olan teledərslərin proqramı açıqlanıb
08.04.2020
Bakı Xoreoqrafiya Akademiyası: 500-dən artıq şagird və tələbə distant təhsildən yararlanıb
08.04.2020
İsveç tədqiqatçıları infeksiyanın qarşısını ala bilən nanoplastinkalar hazırlayıblar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info