Ölkədə ilk dəfə olaraq UNEC-də distant formada tədrisə başlanılıb
Tarix: 17.02.2020 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


UNEC-də distant təhsillə bağlı pilot layihə həyata keçirilir. Bu gündən humanitar fənlərin tədrisi alternativ kimi distant formada da təşkil olunub.
UNEC Externdə ilk olaraq Maliyyə və mühasibat fakültəsində 2019/2020-ci tədris ilinin yaz semestrində “Multikulturalizmə giriş” və “Sosiologiya” fənlərinin distant formada tədrisinə başlanıb. 1-ci kursda əyani təhsil alan tələbələrdən könüllülük prinsipi əsasında 24 tələbə seçilərək, distant formada təhsilə cəlb olunub. Həmin fənləri distant formada dinləmək istəyən tələbələrin adları EDUMAN sistemində distant formada tədris üçün yaradılan fənn üzrə qruplara daxil edilib. Müəllimlər studiyalardan onlayn apardıqları dərslərdə öncədən EDUMAN sisteminə yüklənən tədris materiallarından istifadə edirlər. Tələbənin davamiyyəti və qiymətləndirilməsi isə müvafiq qaydalara uyğun elektron jurnalda aparılır.
Sonda imtahanlar adi qaydada, tələbələrin fiziki iştirakı ilə təşkil olunacaq. Distant qrupun imtahan nəticələri digər qrupların imtahan nəticələri ilə müqayisə olunacaq və nəticələr təhlil ediləcək. Qeyd edək ki, ən müasir texniki avadanlıqlarla təchiz olunan “UNEC Extern”də 6 tədris studiyası var. UNEC-in “Elektron universitet” sistemi və UNEC Externdə yaradılan müasir standartlara uyğun infrastruktur distant təhsilin tam əyanidəki kimi aparılmasına imkan verir. Burada auditoriyaları studiyalar əvəz edir ki, onların tərtibatı və təchizatı bir çox ABŞ və Avropa universitetlərinin analoji mərkəzlərindən daha üstün təşkil edilib. Onlayn tədris aparılan studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb
09.04.2020
BDU-nun Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli
09.04.2020
Sabaha olan olan teledərslərin proqramı açıqlanıb
08.04.2020
Bakı Xoreoqrafiya Akademiyası: 500-dən artıq şagird və tələbə distant təhsildən yararlanıb
08.04.2020
İsveç tədqiqatçıları infeksiyanın qarşısını ala bilən nanoplastinkalar hazırlayıblar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info