Azərbaycana idxal edilən avtomobillərin sayı koronavirusa görə azala bilər
Tarix: 17.02.2020 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Dövlət Statistika Komitəsi tərəfindən 2019-cu ildə ölkəyə idxal edilən avtomobillərin sayı ilə bağlı rəsmi rəqəmlər elan edilib.

Belə ki, ötən il ərzində Azərbaycana 47 710 avtomobil idxal olunub. Bu, 2018-ci illə müqayisədə 65 faiz çoxdur. Eyni zamanda ölkəyə idxal edilən avtomobillərin 43156-sı minik avtomobilidir. Bu baxımdan minik avtomobillərinin sayında da ötən il 2018-ci illə müqayisədə artım qeydə alınıb.
Bu ilin yanvar, eləcə də fevralın geridə qalan günləri ilə bağlı hələlik rəsmi statistika elan edilməyib, lakin apardığımız monitorinqlər göstərir ki, Asiya və xüsusən də Çindən avtomobil idxalında azalma müşahidə olunacaq.

Bu barədə Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

“Fitch Ratings” agentliyi tərəfindən aparılan monitorinqlər nəticəsində əldə edilmiş məlumata əsasən, bütün dünya üzrə koronavirusla bağlı olaraq Çindən avtomobilin idxalının həcmində azalma müşahidə edildiyini, o cümlədən, Azərbaycanın da Çindən avtomobil idxal etdiyini nəzərə alsaq, ÇXR-dan ölkəmizə də gətirilən avtomobillərin sayında azalmanın olacağı gözlənilir”, - deyə ekspert bildirib.

V. Bayramov qeyd edib ki, Çindən gətirilən avtomobillər hələlik Azərbaycana idxal edilən avtomobillərin strukturunda böyük paya malik deyil: “Azərbaycana əsasən Avropa və ya yapon avtomobillərinin idxal olunduğunu və bu maşınların Azərbaycana başlıca olaraq Gürcüstandan gətirildiyini nəzərə alsaq, güman olunur ki, avtomobillərin idxalında ciddi azalma müşahidə olunmayacaq.
Nəzərə alsaq ki, Çindən gətirilən avtomobillərin qiyməti nisbətən ucuz idi, bu da məhz həmin maşınların ölkəyə idxalının azalacağı deməkdir. Çindən idxal olunan maşınların avtomobillərin seqmentində payı çox olmadığı üçün, bu, ümumi idxalın azalmasına gətirib çıxarsa da, kəskin azalmalar müşahidə olunmayacaq. Lakin koronavirusun miqyası genişlənərsə, digər Asiya ölkələrində də bu problem yaşanarsa, bütövlükdə Azərbaycana idxal edilən avtomobillərin sayında növbəti mərhələdə hiss edilən azalmalar ola bilər”.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
“OPEC+“ ölkələri neft hasilatını 23% azaltmaq barədə razılığa gəliblər
09.04.2020
“Brent“ neftinin qiyməti 34 dolları keçıb
09.04.2020
“Neftin qiymətinin düşməsinin mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir”
09.04.2020
“Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, biz bu ağır sınaqdan minimum itki ilə çıxmalıyıq”
09.04.2020
“Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info