Azərbaycan Prezidenti dünya birliyinə işğalçının kim və həm də necə riyakar olduğunu göstərdi
Tarix: 17.02.2020 | Saat: 22:19:00 | E-mail | Çapa göndər



Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr Gürcüstan siyasətçilərinin də diqqət mərkəzindədir.

Politoloq Tengiz Txilava AZƏRTAC-a müsahibəsində deyib ki, panel müzakirələr zamanı Azərbaycan Prezidenti çox dəqiq, səlis və məntiqli çıxışı ilə bir daha dünya ictimaiyyətinə işğalçının kim və həm də necə riyakar olduğunu göstərdi.
Tengiz Txilava deyib ki, Ermənistan ərazisində heç bir hərbi əməliyyat keçirilməyib və keçirilmir. Hərbi əməliyyatlar tarixi Azərbaycan ərazilərində gedib və gedir. Bu da kimin işğalçı olduğunu bir daha sübut edir. Panel müzakirələrdə Prezident İlham Əliyevin təmkinli və məntiqi çıxışı bir daha göstərdi ki, Azərbaycan çox haqlı və düzgün yoldadır, sülhsevər ölkədir. Prezident İlham Əliyevin ermənilərə xitabən “əgər siz öz müqəddəratınızı təyin etmək istəyirsinizsə gedin bunu başqa yerdə edin” deməsi əsl siyasətçinin düzgün və dəqiq gedişi, rəqibə məğlubiyyətin acısını hiss etdirməkdir.
Politoloqun sözlərinə görə, bu gün ABŞ-da, Rusiyada, Fransada, hətta Venesuelada yaşayan ermənilərin sayı Azərbaycanda yaşayan ermənilərin sayından çoxdur. Belə olan halda ermənilər niyə məhz Azərbaycan ərazisində yenidən öz müqəddəratlarını təyin etməlidirlər? Nəzərə alsaq ki, ermənilər artıq bunu bir dəfə Azərbaycan ərazilərində ediblər.
Tengiz Txilava deyib ki, XIX əsrin əvvəllərində Çar Rusiyasının statistik məlumatlarına görə, İrəvan xanlığı ərazisində əhalinin 89 faizi azərbaycanlılar olub. Qalan 11 faizini isə təkcə ermənilər deyil, digər milli azlıqlar təşkil ediblər. Məhz bu tarixi faktlardan çıxış edərək deyə bilərik ki, ermənilər bu ərazilərdə sonradan gəlmədirlər.

Politoloq bildirib ki, Ermənistan öz ordusunu Dağlıq Qarabağdan və işğal etdiyi digər Azərbaycan torpaqlarından çıxarmalıdır. Dağlıq Qarabağ və işğal altında olan rayonlar beynəlxalq hüquqla təsdiq olunmuş Azərbaycan torpaqlarıdır. Qondarma “Dağlıq Qarabağ respublikası” isə heç kim, hətta Ermənistanın özü tərəfindən tanınmayan oyuncaq bir qurumdur. Paşinyanın öz oğlunu belə Dağlıq Qarabağda hərbi xidmətə göndərməsi ucuz siyasi oyunbazlıqdan başqa bir şey deyil. Paşinyan xarici siyasətdə heç bir uğur əldə edə bilməyib və edə bilməyəcək də. Münxen müzakirələri göstərdi ki, o tarixi də dərindən bilmir. Onun sərsəm bəyanatları, müxtəlif bəhanələri vaxt uzatmaqdan başqa bir şey deyil. Dünya birliyi yaxşı başa düşür ki, ermənilər işğal etdikləri torpaqlardan geri çəkiləcəklər. Azərbaycan Prezidentinin çıxışındakı qətiyyət, həyata keçirdiyi siyasət bunu deməyə əsas verir. Dünya birliyi də bunu bilir və sadəcə, müharibə olmasını istəmir. Beynəlxalq ictimaiyyət yaxşı başa düşür ki, Azərbaycan indi 20-30 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan ordusu məlum aprel döyüşlərində bunu sübut etdi. Hamı yaxşı başa düşür ki, əgər Azərbaycan yenidən hərbi əməliyyatlara başlasa bu, Ermənistanın sonu ola bilər. “Bu gün Ermənistan vaxt uzadır. Mən inanıram ki, gec-tez Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək”, - deyə Tengiz Txilava vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur
09.04.2020
Koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır
08.04.2020
Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin nümunəsidir
08.04.2020
“Onların yeganə arzusu bu virusun ölkəmizdə daha geniş yayılmasıdır“
08.04.2020
Millət vəkili: “Virusun yeganə dərmanı vətəndaşların evdə qalmalarıdır!”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info