“Azərbaycan diplomatik sahədə Ermənistana güclü zərbə endirdi”
Tarix: 18.02.2020 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Aqil Acalov: “Prezident Paşinyanın söylədiyi fikirləri tutarlı faktlarla alt-üst etdi”



"Prezident İlham Əliyev məntiqli arqumentləri və ağıllı diplomatik gedişi ilə Paşinyanı sözün həqiqi mənasında nokauta saldı. Uzun müddət Paşinyanın bu zərbədən ayıla biləcəyinə ümid etmirəm".
Bunu Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyin prezidenti Aqil Acalov Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan panel müzakirələrinə münasibətində deyib.
Aqil Acalaov qeyd edib ki, bütün beynəlxalq tədbirlərdə Prezident İlham Əliyev həmişə Ermənistan liderlərini susdurub: “Prezidentimizin məntiqli arqumentləri qarşısında çıxılmaz vəziyyətlərdə qaldıqlarından işğalçı ölkə rəhbərləri həmişə eyni ifadələri işlədiblər. İşğal faktını gizlətmək, ondan yayınmağa cəhdlər göstəriblər. Amma tarixi və hüquqi faktlar qarşısında aciz qaldıqlarından özlərini dolaşdırıblar. Bu dəfə də eyni vəziyyətlə üzləşən Paşinyan İlham Əliyev qarşısında sındı, rəzil oldu".
A.Acalov onu da vurğulayıb ki, Paşinyanın Prezident İlham Əliyev qarşısında aciz duruma düşməsi faktını Ermənistan mediası yazıb, erməni politoloqları bunu baş nazirin naşılığı və savadsızlığında görüb, problemin mahiyyətini dərk etmədiyini bildiriblər: "Prezident İlham Əliyev konkret tarixi faktlara istinad edərək tutarlı və diplomatik çıxışı ilə bir daha Paşinyana sərt və güclü sillə vurdu. Prezident hüquqi arqumentlər və tarixi faktlarla Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bir daha sübut etdi. Paşinyan isə özünü gülünc vəziyyətinə saldı. Azərbaycan diplomatik sahədə Ermənistana güclü zərbə endirdi. Prezident Münhendəki arqumentləri ilə bir daha dünyaya mesaj verdi ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, əzəli və əbədi ərazimizdir. Paşinyan Prezidentimizin arqumentləri qarşısında dili söz tutmurdu, topuq vururdu. Özünü o dərəcədə itirmişdi ki, həqiqəti - Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etdi, sonradan "səhv"ini düzəltdi".
Federasiya prezidenti sonda qeyd edib ki, işğalçı Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı bundan öncəki müzakirələrdən müxtəlif bəhanələrlə qaçmaq istəyiblər və çox vaxt buna nail olublar: "Münhen diskussiyasına da əvvəlcə razılıq verməyiblər. Sonradan panel müzakirələrdə iştiraka məcbur olublar. İlham Əliyevlə üz-üzə gəlməkdən ehtiyatlanıblar, çəkiniblər, qorxublar. Azərbaycan Prezident Paşinyanın söylədiyi fikirləri tutarlı faktlarla alt-üst etdi”.

Tural




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Jurnalistlərin xidməti vəsiqələri və ya iş yeri barədə arayışla hərəkət etmələrinə icazə verilir
03.04.2020
Azərbaycana testlərlə bağlı dəstəyimiz elə də böyük deyil, hökumət özü daha çox test alır
03.04.2020
Ermənistan işğalçı ölkə kimi heç bir zaman dəstək almayıb və almayacaq
03.04.2020
“Ən pis ssenariyə hazır olmalı, koronavirusla bəşəriyyət naminə mübarizə aparmalıyıq”
03.04.2020
Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info