Tarix İnstitutu İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır
Tarix: 18.02.2020 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Mayın 5-də Bakı şəhərində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunan “Tarixin canlı səhifələri” adlı VIII Gənclər festivalı keçiriləcək. İnstitutdan verilən məlumata görə, bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda keçirilən görüşdə səsləndirilib. Görüşdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, sovet dönəmində qəsdən cəmiyyətə yalançı tarix sırıyıblar, ona görə də hazırda Azərbaycan tarixi yenidən araşdırılır. İnstitutda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsi fəaliyyət göstərir. Elmi müəssisə İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır. “Azərbaycan xalqının zəkasının faşizm üzərində qələbədə mühüm rolu var. Böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin yüksək oktanlı yanacaq ixtira etməsi ilə İkinci Dünya müharibəsində böyük dönüş yarandı. Bakı nefti və Yusif Məmmədəliyevin mühüm ixtirası olmasaydı, 1941-1945-ci illər müharibəsi qələbə ilə sona çatmaz və dünya faşizm bəlasından xilas olmazdı”, - deyə akademik bildirib. Daha sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova qeyd edib ki, “Tarixin canlı səhifələri” adlı Gənclər festivalının məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək və xalqımızın tarixini onlara əyani olaraq çatdırmaqdır.
Qeyd olunub ki, faşizm üzərində qələbəyə həsr olunan festival Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Tarix İnstitutunun elmi dəstəyi ilə keçiriləcək. Layihənin elmi məsləhətçisi isə Yaqub Mahmudovdur. Görüşdə, həmçinin Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, rejissorlar Mikayıl Mikayılov və Tural Mustafayev, təşkilat komitəsinin üzvü Elnur Abbasquliyev də iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
UNEC-də onlayn formada növbəti iclas keçirilib
03.04.2020
Dövlət İdarəçilik Akademiyasında dərslər onlayn formada davam etdirilir
03.04.2020
Genetik Ehtiyatlar İnstitutunda magistr hazırlığı distant formada davam etdirilir
03.04.2020
Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
02.04.2020
Azərbaycan-Fransız Universiteti magistraturaya qəbul elan edib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info