Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə İdman Jurnalistləri Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Tarix: 18.02.2020 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Fevralın 18-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) ilə Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. AZƏRTAC xəbər verir ki, memorandumu Baş İdarənin rəisi Raqif Abbasov və federasiyanın rəhbəri Qabil Mehdiyev imzalayıblar. R.Abbasov yeni yaranan federasiyanın ölkəmizdə idmanın kütləviliyi və təbliği baxımından rolunu xüsusi vurğulayaraq bildirib ki, memoranduma əsasən, Baş İdarə federasiya ilə birgə bir sıra tədbirlər təşkil edəcək. O, rəhbərlik etdiyi qurumun federasiyanın fəaliyyətinə daim dəstək olacağını vurğulayıb. AİJF İdarə Heyətinin sədri Qabil Mehdiyev bildirib ki, federasiyanın əsas hədəflərindən biri ölkəmizdə idman mətbuatının inkişafı ilə yanaşı, bədən tərbiyəsi və idmanın təbliğidir. AİJF bu baxımdan müxtəlif idman qurumları, federasiyaları ilə əməkdaşlıqda maraqlıdır. Federasiyanın fəaliyyəti il ərzində bir sıra idman tədbirlərinin birgə təşkili, idman jurnalistləri üçün xüsusi seminar, treninq və tədbirlərin təşkilini əhatə edəcək. O, Gənclər və İdman naziri Azad Rəhimovun da AİJF-in İdarə Heyətinin üzvləri ilə görüşərək tövsiyələrini verdiyini bildirib. Baş İdarə rəisinin müavini Rəşad Əliyev, kütləvi bədən tərbiyəsi sektorunun müdiri Samir Salehov, AİJF İdarə Heyəti sədrinin müavini Firuz Abdulla və İdarə Heyətinin üzvü Cəmaləddin Rəhmanov əməkdaşlığın perspektivlərindən söhbət açıblar.




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
“Borussiya“nın stadionu tibbi mərkəz kimi fəaliyyət göstərəcək
03.04.2020
“Zirvə Astara” klubu basketbol üzrə Azərbaycan çempionu elan edilib
03.04.2020
“Napoli“ Kavani ilə danışıqlara başlayıb
03.04.2020
“Pandemiyadan sonra futbol tamam fərqli olacaq“
03.04.2020
Rüştü Reçberin son durumu ilə bağlı açıqlama

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info