Paşinyan çox narahatdır: vəziyyət uzun müddət belə davam etməyəcək
Tarix: 18.02.2020 | Saat: 18:30:00 | E-mail | Çapa göndər



Yaxın gələcəkdə Paşinyan və komandası iqtisadi siyasətin iflası ilə üzləşməli olacaqlar


Çox güman ki, bu il Rusiyanın Ermənistana satdığı hər 1000 kubmetr qaz üçün 165 dollarla bağlı müqavilənin son ili olacaq. Əslində, bir çox erməni iqtisadçısı Kremlin ermənilərə bu qış köhnə qiymətlərlə yaşamaq üçün bir fürsət verdiyini deyirlər. Vaxtilə, köhnə hökuməti əhali üçün qazın qiymətini aşağı salmaq istəmədiyi üçün kəskin tənqid edən yeni hökumət də artıq bu mövzuda danışmağa həvəsli olmadığını büruzə verməkdədir. Qeyd edilməlidir ki, təxminən iki ilə yaxındır hakimiyyətdə olan Paşinyan komandası qazın qiyməti ilə bağlı heç bir müsbət irəliləyişə nail ola bilməyib. Əksinə, vəziyyət daha da ağırlaşa bilər. Belə ki, son zamanlar ölkədə istehlakçılar üçün qazın qiymətində 10 faizlik artım müşahidə edilir. Halbuki, Rusiyanın qazla bağlı qiymət artımı Avrasiya İqtisadi Birliyində Ermənistan və Belarusa şamil edilməyib. İqtisadi artımla bağlı məsələyə istehza edən «Qolos Armenii» saytı yazır: “Belə çıxır ki, bu nəticə ilə Ermənistanın 2019-cu il üçün iqtisadi artıma görə təkcə Avrasiya İqtisadi Birliyi dövlətləri arasında deyil, eləcə də Qara dəniz bölgəsində, o cümlədən Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna və digər ölkələr arasında da qeyri-şərtsiz liderdir”.
“Gazeta.ru” saytı isə yazır ki, əslində, Ermənistan nə sənaye sahəsində, nə də ticarətdə təsirli bir artım olmayıb. Əksinə, ölkənin tikinti sektorunda 4.5 faizlik azalma, enerji sektorunda isə 2.7 faizlik eniş yaşanıb. Ölkədəki «tərəqqi» sadəcə, iqtisadiyyatın liberallaşdırılması istəyi ilə təmin edildi. Belə ki, Ermənistanda 346 korrupsiya sxeminin açıqlanması nəticəsində büdcəyə 105 milyon dollar daxil olub”. Beləliklə, erməni baş nazir Nikol Paşinyanın pafoslu danışıqlarına baxmayaraq, Ermənistan heç bir iqtisadi artımdan söhbət getmir. Ona görə də baş nazir indi çox narahatdır. Çünki o başa düşür ki, bu vəziyyət uzun müddət davam edə bilməz və yaxın gələcəkdə Paşinyan və komandası iqtisadi siyasətin iflası ilə üzləşməli olacaq.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Ermənistanda 571 koronavirus daşıyıcısı var
01.04.2020
Ukraynada koronavirusdan ölənlərin sayı 17 nəfərə çatıb
01.04.2020
Moskvada daha 5 nəfər koronavirusdan ölüb
31.03.2020
Ukrayna XİN: Dağlıq Qarabağdakı qondarma seçkiləri qınayırıq
31.03.2020
“Rusiyada koronavirusa yoluxma halı pik həddə yaxınlaşır“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info