David Mkrtçyan: “Paşinyanın uğursuzluğu hazırkı hökumətin də imicini zərbə altına qoyub”
Tarix: 18.02.2020 | Saat: 20:13:00 | E-mail | Çapa göndər



Ermənistanın ekspert icması hələ uzun müddət düşdüyü rüsvayçı şokdan özünə gələ bilməyəcək. Bu vəziyyət Prezident İlham Əliyevin Münxen debatları zamanı baş nazir Nikol Paşinyanı darmadağın etməsindən sonra yaranıb.

Beləliklə, politoloq Aleksandr Manasyan hesab edir ki, Paşinyan özünün ilk ictimai debatına hazırlıqsız gəlib. O yazır: “Bağlı qapılar arxasında müzakirələr asan olur, lakin iki dövlət başçısının rəqabət apardığı mətbuat konfransının gedişində hər şey başqa cürdür. Birinci halda konkret nəyin müzakirə olunduğu məlum deyil, lakin ehtimal etmək mümkündür. Mətbuat konfransı isə mitinqə bənzəyir. Amma bu mitinq Yerevanda keçirilmir və ona yaxşı hazırlaşmaq lazımdır”.
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın şəxsində erməni tərəfinin bəyanatı “çox da inandırıcı deyildi”. Ekspert əlavə edir: “Paşinyanın Böyük Tiqran haqqında və Ermənistanda inqilabla bağlı söylədiyi tarixi sübutlar zəif olub”. Onun fikrincə, bunu hətta aparıcı da başa düşdü və o, təəccüblənmişdi.
Eyni zamanda, Manasyan qeyd edib ki, bu cür sübutlar ABŞ, Rusiya və Aİ kimi böyük aktorların xoşuna gəlmir. Belə ki, həmin vaxt bir çox dövlət mövcud deyildi və belə bəyanatlar onların qüruruna və şərəfinə toxunur.
Öz tərəfimizdən əlavə edək ki, indi erməni etnosunun həmin Tiqranın Ermənistanına heç bir aidiyyəti yoxdur. Çar Tiqran Parfiya mənşəli idi, indiki haylara isə həmin qədim dövlətdən yalnız sırf coğrafi ad qalıb. Amma bu ad heç də etnik xarakter daşımır.
Yeri gəlmişkən, Manasyan elə buradaca dəqiqləşdirir ki, “əgər hökumət başçısı bu yolla getməyə qərara veribsə, onda həmin sübutları da ağılla və daha dəqiq təqdim etmək lazım idi. Bu, mənfi reaksiya doğurmazdı”.
O, tarixi faktlara müraciəti yersiz hesab edir: “Ümumiyyətlə, Paşinyanın etdiyi kimi, tarixə bu qədər dərin ekskursiyanın heç bir mənası yox idi. Çünki həmin vaxt hüquqi aspektlər tarixi sübutlardan heç də az əhəmiyyətli deyildi”, - deyən politoloq nəhayət bunu anlayıb.

“Paşinyanın rüsvayçı hazırlıqsızlığı hətta onun tərəfdarları üçün də aydın oldu”
Öz növbəsində, David Mkrtçyan hesab edir ki, Paşinyanın uğursuzluğu hazırkı hökumətin də imicini zərbə altına qoyub. O yazır: Paşinyanın rüsvayçı hazırlıqsızlığı hətta onun tərəfdarları üçün də aydın oldu, hazırkı hakimiyyəti çətin vəziyyətə saldı. İndi vəziyyəti düzəltmək üçün Paşinyan növbəti populist addım atmağa qərar verib. O, Qarabağ probleminin nizamlanması üzrə özünün “Münxen prinsipləri” barədə bəyanat verib. Yəqin ki, Paşinyan öz tərəfdarlarına onların təbliği barədə göstəriş verəcək ki, hansısa üsulla Münxendəki davranışını unutdursun. Lakin bu, növbəti populist addımdır. Onun 6 maddəsi yalnız tosta bənzəyir. Bundan başqa, artıq tamamilə aydındır ki, o, saman çöpündən tutaraq bu rüsvayçı vəziyyətdən çıxmağa can atır”.
Paşinyanın öz ölkəsini gülməli vəziyyətə salması Mkrtçyanı utandırıb. O, təəssüflə qeyd edib: “Təəssüf ki, Paşinyanın sözləri təkcə Məmmədyarovda yox, hər halda, Münxen, Moskva, Vaşinqton, Parisdə və digərlərində də gülüş doğurub. Artıq Paşinyanın kim olduğu hamıya məlumdur. Reallıq belədir”.

“Paşinyan öz fikirlərini dəqiq ifadə edə bilmədi”

Ermənistanın sabiq baş naziri Xosrov Arutyunyan öz kədərini bölüşür. O yazır: “İlk təəssürat: Paşinyan sanki beynəlxalq ictimaiyyət qarşısında çox orijinal, bir çoxlarından, xüsusən Ermənistanın keçmiş rəhbərlərinin mövqelərindən fərqli yanaşma ilə dayanmaq istəyirdi. Ələlxüsus söhbət danışıqlar prosesində yersiz olan “mikroinqilab” terminindən gedir. Bu termin mahiyyət etibarilə heç bir çərçivəyə sığmırdı və qarışıqlıq yaradırdı. Əgər söhbət kreativ, ordinar olmayan addımlardan gedirsə, onda bu cür də danışmaq lazımdır. Lakin “inqilabın” buna heç bir dəxli yoxdur. O, öz fikirlərini dəqiq ifadə edə bilmədi”. Debatların gedişinə tamamilə ədalətli qiymət verən Paşinyanın sələfi əlavə edib ki, “uğursuzluğun səbəbi, mütəxəssislərin də qeyd etdiyi kimi, Paşinyanın beynəlxalq tədbirlərə uyğun gəlməyən ingiliscə səviyyəsi ola bilər”. Amma məsələ dil bilməkdə deyil, arqumentlərin zəif olmasındadır!
Arutyunyanın yazdığı fikirlərlə razılaşmamaq mümkün deyil: “Əliyev fikirlərində dəqiq idi: problem ərazi ilə bağlıdır, mübahisə Ermənistanla Azərbaycan arasındadır, Ermənistan bizim torpaqlarımızı işğal edib. Hər şey son dərəcə dəqiq ifadə edilib”.
“Təəssüf ki, Əliyev öz fikirlərində Paşinyana nisbətən daha dəqiq və cəsarətli idi. Belə təəssürat yaranırdı ki, Paşinyan bu görüşə pis hazırlaşıb, ağlına gələn sözləri və fikirlərini düşünmədən çatdırır. Beynəlxalq ictimaiyyətin gözləntiləri barədə suala cavab qeyri-kafi oldu, çünki münaqişənin hərb yolu ilə həlli olmadığı bəyanatı çoxdan qəbul edilib, onun davamı da olmalıdır”, - deyə Ermənistanın sabiq baş naziri özünün indiki həmkarının tənqidi üzrə sözlərinə yekun vurur.


“Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi nümayiş olunub

Yeri gəlmişkən, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Qarabağ: əcdadlarımızın mirası” sənədli filminin təqdimatı keçirilib.
Sənədli ekran əsəri Gənclər və İdman Nazirliyi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsinin yalnız ölkəmizə qarşı yönəlmədiyini, bunun eləcə də ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktı olduğunu, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çox sayda məscid, muzey, maddi-mədəniyyət nümunəsinin yerlə-yeksan olunaraq dağıdıldığını bildirib. C.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının, bütövlükdə Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdiklərini də vurğulayıb.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Hüseyn Babayev Azərbaycan, ingilis, rus dillərində istehsal edilən “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi haqqında iştirakçılara məlumat verib. O qeyd edib ki, film Vətənimizin ayrılmaz tərkib hissəsi olan doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin ölkəmizə, xalqımıza məxsusluğu, bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, əzəli torpaqlarımıza Ermənistanın ərazi iddiaları haqqındadır. Bu məlumatların dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılması sənədli filmin əsas məqsədini təşkil edir.
Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər barədə bəhs edilir. Həmçinin Orta əsrlərdə, xanlıq dövründə, XIX əsrdə, XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti zamanı Qarabağın vəziyyəti haqqında, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyan, işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işləri barədə fakta söykənən görüntülü məlumatlar verilir. “Nə üçün Qarabağ bizə bu qədər doğmadır?” sualına filmin sonunda “Çünki Qarabağ sonuncu qaladır, çünki Qarabağ əcdadlarımızın mirasıdır”, – deyə cavab verilir.
“Qarabağ: əcdadlarımızın mirası” Azərbaycanda sözügedən bölgənin bütün tarixi dövrlərini və müasir işğal mərhələsini orijinal çəkiliş materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi filmdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
03.09.2020
Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq
01.09.2020
Baş Prokurorluq Əli Həsənovun cinayət işinə cəlb olunması xəbərlərinə aydınlıq gətirdi
28.08.2020
KİVDF-dəki qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir
02.07.2020
“Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Narşərab salatı
2 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
3 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
4 Xudatda əsgər ailələrinə yardım paylanılıb
5 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info