“Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
Tarix: 18.02.2020 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Rəşid Məmmədov: “Gənclərin güclü kadr kimi yetişməsi üçün bütün imkanlar mövcuddur”

“Könüllü olmaq, əslində, bizim milli xarakterimizə uyğundur. Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək, mədəni davranış – bütün bunlar bizim genetik kodumuzda yazılmış sarsılmaz dəyərlərdir”

“Azərbaycan könüllüləri vətənpərvər, bilikli və istedadlıdırlar”

Gənc nəslə qayğı, onların sağlam, bacarıqlı, təhsilli yetişdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Təhsil sisteminin düzgün təşkili, gənclərin müasir elmi-pedaqoji biliklərə yiyələnməsi, müasir texnologiyaları mənimsəməsi, istedadlı gənc kadr potensialının formalaşması və onlardan səmərəli istifadə bu siyasətin əsas tərkib hissələrindən biridir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Bu gün gənclərin istedadlarının, bacarıqlarının aşkar edilməsi və qiymətləndirilməsi, onların fəaliyyətlərinə imkan yaradılması istiqamətində də mühüm işlər görülür. Təsadüfi deyil ki, 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunub və bununla bağlı ölkə başçısı deyib: “Bu onu göstərir ki, Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynayıblar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstəriblər. Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır. Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir. Ölkə maraqlarını müdafiə etmək üçün bir neçə önəmli amil lazımdır. İlk növbədə, Vətən sevgisi, Vətənə və milli köklərə bağlılıq olmalıdır. Bu gün bu, cəmiyyətimizdə var və siz gənclərdən asılıdır ki, bu, həmişə olsun. Çünki ölkəmizin gələcək taleyi sizin kimi müasir, bilikli, istedadlı gənclərin əlində olacaq. Əlli ildən, yüz ildən sonra Azərbaycanın necə inkişaf edəcəyi sizin kimi gənclərin və sizdən sonra gələn nəsillərin fəaliyyətindən və dünya görüşündən asılı olacaq”.

Ölkədə gənclər üçün yaradılan şərait, bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi 2020-ci ilin “Könüllülər ili” elan edilməsini gənclərimiz də yüksək qiymətləndirirlər. Müsahibimiz Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər təşkilatının sədri Rəşid Məmmədovdur:

- Gənclərin cəmiyyətdə rolunu necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə gənclər hər bir ölkənin gələcəyinin təməlidir. Çünki gənclərimiz cəmiyyətin hər sahəsinə geniş və uğurlu bir aspektdən yanaşırlar, hər hansısa məsələnin həlli üçün alternativ yollardan istifadə etməyi çox yaxşı bacarırlar. Məhz buda gənclərin həm dövlət müstəqilliyində, həmdə bugünkü cəmiyyətdə üstün rola malik olduğunun bariz nümunəsidir.
- Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatının fəaliyyəti barədə nə deyərdiniz?
- İlk növbədə onu deyə bilərəm ki, bildiyiniz kimi Azərbaycan Prezidentimizin qeyd etdiyi kimi neft sektorundan qeyri - neft sektoruna keçid etdi. Şübhəsiz ki, qeyri-neft sektorunun ən inkişaf etmiş qolu məhz turizm sahəsidir. Məhz elə Azərbaycan Turizm və Menecment Universiteti də turizm sahəsi ilə bağlı daim inkişafda olan və uğurlu kadr yetişdirir. Məhz bizim universitetdə gənclər təşkilatlarının fəaliyyətini nəzərə alaraq demək olar ki, tələbələrimizin böyük bir hissəsi sosial-ictimai fəaliyyətdə aktiv iştirak edir və daim şəxsi inkişaf barədə düşünür. Tələbə gənclər təşkilatı olaraq gənclərimiz üçün həm vətənpərvərlik, həm karyeranın inkişafı, həm də özünü inkişafla bağlı daimi təlimlərimiz, seminarlarımız olub.
- Ölkədə gənclərin təhsili istiqamətində yaradılan şəraiti necə qiymətləndirirsiniz?
- Ölkədə gənclərin təhsili üçün müxtəlif istiqamətli geniş imkanlar yaradılıb. Gəncliyin yaxşı və güclü kadr kimi yetişməsi üçün bütün imkanlar mövcuddur. Məhz elə ATMU-dan misal gətirsək, bizim universitetimizdə xaricdə təcrübə, mübadilə proqramları mövcuddur. ATMU tələbələrinə həm də Avstriya ilə qarşılıqlı əlaqələr nəticəsində Krems Universitetinin diplomunu da təklif edir. Məhz buna görə də ATMU ikili diplom sisteminə malik ilk ali təhsil müəssisəsidir.
- Son illər gənclər könüllülük hərəkatında fəal iştirak edirlər. Bir gənc kimi bu barədə nə deyərdiniz?
- Bəli məhz elə sizin də vurğuladığınız kimi son illərdə gənclər könüllülük hərəkatlarında aktiv iştirak edirlər. Bunun ən böyük səbəbi məhz Azərbaycanda sağlam və düzgün fikirli gəncliyin yetişməsidir. Könüllülük fəaliyyəti gənclər üçün bir növ təcrübə mənbəyidir ki, onlar da gələcəkdə dövlət sektoruna və ya özəl fəaliyyətə məhz könüllülükdən topladıqları təcrübə ilə hazırlanırlar. 2020-ci ilin “Könüllülər ili” elan edilməsində gənclərimiz üçün böyük bir üstünlükdür. Ölkə başçısının bir fikrini sitat gətirmək istərdim: “Bir çox ölkələrdə gəncləri birləşdirən təşkilatlar, qurumlar, ictimai birliklər var, o cümlədən Azərbaycanda da. Amma hesab edirəm ki, Könüllülər hərəkatı bu ictimai təşkilatlar arasında xüsusi yer tutur. Çünki Azərbaycan könüllüləri həm vətənpərvərdirlər, həm biliklidirlər, həm istedadlıdırlar, həm də Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər. Çünki könüllü olmaq, əslində, bizim milli xarakterimizə uyğundur. Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək, mədəni davranış – bütün bunlar bizim genetik kodumuzda yazılmış sarsılmaz dəyərlərdir”.
-Bu il ölkədə "Könüllülər ili" elan edilib. Gənclər bu fürsətdən yararlanaraq fəaliyyətlərini hansı istiqamətdə qurmalıdırlar?
- Qeyd etdiyim kimi, bu ilin “Könüllü ili kimi elan olunması gənclərin uğur qazanması və inkişafı üçün böyük bir təkandır. Azərbaycan gəncliyinin əzmkar və iradəli olduğunu nəzərə alaraq bu ildə bir sıra gənclərimizin dövlət idarəçiliyində uğur qazanacağına şübhə etmək olmaz. Məhz parlamentdə növbədənkənar seçkilərin keçirilməsi və ən əsası gənc kadrlara üstünlük verilməsi dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir. Mənim fikrimcə, gənclərimiz yaradılan şəraitdən düzgün istifadə edərək həm özlərini, həm də Azərbaycan Respublikasını dünya ictimaiyyətinə tanıtmalıdır. Elə buna görə də gənclər təşkilatları gənclərin həm siyasi, həm də ideoloji düşüncəsinin inkişafına da maraq göstərməli və buna cəhd etməlidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 VI Balkan Panorama Film Festivalı İzmirdə keçiriləcək
2 “Исраэль хайом“: “Пришло время продвигать глобальную безопасность в Нагорном Карабахе“
3 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
4 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
5 Бакинские армяне призывают Ереван прекратить оккупацию


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info