Polşa portalında Azərbaycanın şərabçılıq ənənələri barədə məqalə yayımlanıb
Tarix: 19.02.2020 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Polşanın sukces.rp.pl portalında Azərbaycanın illərlə formalaşmış şərabçılıq ənənələri və üzümçülük təsərrüfatları barədə geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Qafqazda, xüsusən Azərbaycanda yetişdirilən üzüm sortları barədə geniş məlumat verilir. Bildirilir ki, şərabçılıq sənayesini genişləndirmək üçün nəinki yerli, həm də qonşu Gürcüstandan və Fransadan sırf şərab sortu olan üzümlər gətirilib əkilir. Torpaq isə burada yüksək keyfiyyətli məhsul becərməyə imkan verir.

Xüsusilə qeyd olunur ki, ölkədə üzüm əl ilə toplanır və şərab hazırlanmasında ən keyfiyyətli məhsul diqqətlə seçilir. Fransadan marselyan, karinyan, mourvedre, russan, Gürcüstandan saperavi kimi sortlar gətirilməklə yanaşı, Azərbaycanın öz məhsulu olan bayan şirə, mədrəsə, şirvanşah sortlarından müxtəlif çeşidli, yəni bəyaz, qırmızı, turş və sair şərablar hazırlanır.

Yazıda vurğulanır ki, Azərbaycanda şərabçılıq istehsalı hələ sovet dövründə o zamankı ölkə rəhbəri Heydər Əliyev tərəfindən qoyulsa da, müasir şərabçılığın inkişafı kənd təsərrüfatı sahəsinə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin adı ilə bağlıdır. Təəssüf ki, ötən əsrin 90-cı illərindən sonra üzümlüklərin böyük əksəriyyəti məhv edilmiş, sənaye avadanlıqları sıradan çıxmışdı. Lakin son 5 ildə bu sahənin dirçəlməsi nəinki ölkə iqtisadiyyatına, həm də bu işlə məşğul olan fermer təsərrüfatlarına böyük gəlir gətirir.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Azərbaycan işğal olunmuş Dağlıq Qarabağda karantin rejimi elan edə bilər
08.04.2020
Azərbaycanda 1 tibb işçisi koronavirusa yoluxub
08.04.2020
Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırıldı - FƏRMAN
08.04.2020
Samuxda 15 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM
07.04.2020
BERNAMA agentliyi Azərbaycanda tibbi maska istehsal edən müəssisədən yazır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
4 Azərbaycana gələn əcnəbilərin sayı artıb
5 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info