Uşaqlar niyə xoruldayırlar?
Tarix: 20.02.2020 | Saat: 12:10:00 | E-mail | Çapa göndər


Bəzən valideynlər uşaqlarda yuxu zamanı rast gəlinən xoruldama hallarından narahatlıqlarını bildirirlər. Pediatr Günay Rəsulova bu mövzuda maraqlı fikirlərini bölüşüb:
Onun sözlərinə görə, gecə yatarkən xoruldama, burunla deyil ağızla nəfəs alan uşaqlarda, burun tənəffüsünə maneə yaradan səbəb, ən çox Adenoid hiperplaziyaya bağlı olur. Adenoid toxuma limfoid sistemə aid olub, bəzi uşaqlarda ölçücə böyük ola bilər: “Belə uşaqlar daim ağzı açıq olur, gecələr xoruldayır, yuxusu narahat olur, boğulmaya bağlı tez-tez oyanır və keyfiyyətli yuxu yatmazlar. Yuxusu normal olmayan uşaqlar gün ərzində yorğun, əzgin görünər və yaddaşı zəif, əsəbi olarlar. Ağzı ilə nəfəs alan uşaqlar soyuq, tozlu, çirkli havanı birbaşa tənəffüs edər və belə uşaqlarda tez-tez yuxarı tənəffüs yolu xəstəlikləri, angina (tonzillit) faringit, bronxit görülər. Böyümüş adenoid toxuma udlaqla qulaq arasında olan evstax borusunun girişini qapadar və belə uşaqlar tez-tez otit (orta qulağın iltihabı) də keçirır və getdikcə eşitmə zəifliyi əmələ gələr. Adenoidi böyük uşaqlarda gecələr sidiyə qaçırma (enurez) epizodları sıx - sıx görülər.
Daim ağzı ilə nəfəs alan uşaqlarda alt çənə tədricən önə gələr (prognatizm) və sifət normal konfiqurasiyasını dəyişər, kosmetik qüsur formalaşar.
Əziz valideynlər, bütün bu fəsadları gözə almadan gecələr xoruldayan övladınız varsa, Adenoid hiperplaziyanı vaxtında diaqnostika edib, uyğun müalicə üsulu seçilməlidir (cərrahi və ya konservativ)”.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
GMO-nun zərərləri
05.04.2020
İndi mövsümü olan əməköməci koronavirusa qarşı- Virus və bakteriyaları öldürür
03.04.2020
Tətbiq edilən qaydalara etinasız yanaşan hər kəsin yaşından asılı olmayaraq koronavirusa yoluxma riski yüksəkdir
03.04.2020
“Sağlam immun sistem üçün, sağlam bağırsaq florasının olması çox vacibdir!”
02.04.2020
Koronavirusun müalicəsində akupunktur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info